Kimyəvi mübarizə tədbirləri alma bağında olduğu qaydada aparılır (ən azından hər nəslə qarşı bir çiləmə).
Tüklü gənə (Eriophyes tristriatus var. erineus Nal.). Tinglikdə əkin materialında və cavan ağaclarda yarpağı zədələyir. Zədələnmiş yarpaq ayəsində üst tərəfdən sari-yaşıl və ya qonur rəngdə şiş əmələ gəlir (Şəkil 6.9). Yarpaq ayasinin altda şişin əksində çökəklik yaranaraq ağ rəngdə tükcük (keçə) ilə örtülür. Zədələnmiş yarpaq tədricən qonurlaşır və bitkinin inkişafı zəifləyir.
Cəviz mənənəsi (Cromaphis juglandicola Kalt.). Yaz-yay mövsümündə kütləvi çoxalaraq cavan zoğların, yarpaqların, generativ orqanların şirəsi ilə qidalanır (Şəkil 6.9). Cavan yarpaqların və düyürlənmiş meyvələrin vaxtından əvvəl tökülməsinə səbəb olur.