Bakterial xərçəng xəstəliyi (Xanthomonas arboricola pv. pruni). Bu xəstəliyin törədiciləri bakteriyalardır. Onlar bitkinin yarpağını, yaşıl meyvələrini (qərzəyi və ya meyvəyanlığını, çəyirdəyini belə zədələyirlər (Şəkil 6.5).
xəstəliyinin (Xanthomonas arboricola) tipik əlamətləri [24]
A-Yarpaq ayəsinin xlorotik ayəli nekrotik ləkələri;
B-Meyvələrin (qərzəyin) üzərində qatran axını ilə müşahidə olunan nekrotik ləkələr;
C-Suyu itirərək qurumuş qərzəyin zədələri;
D-çəyirdəkdə olan tünd-qara zədə və ləkələr.
Xəstəliyə ən çox cavan bitkilər tutulurlar. Xəstəlik məhsuldarlığı aşağı salır, meyvə ağaclarının zəifləməsinə səbəb olur (şək. 6.6.)
Xəstəliyin qarşısını almaq məqsədilə profilaktiki mübarizə aparılmalı, tinglik materialları müayinə edilməli, fır əmələ gələn tinglər çıxdaş edilməlidir.
Tinglikdə növbəti əkin sistemi elə təşkil olunmalıdır ki, badam tingləri 4-5 il xərçəng xəstəliyi ilə sirayətlənməyən bitkilər əkilən sahəyə əkilməlidir.
Monilioz (Selerotiniac monilia Laxa.). Göbələk xəstəliyidir. Bu xəstəlik çiçəkləmənin başlaması dövründə əmələ gəlir həm rütubətli və dumanlı havada inkişaf edir. Monilioz xəstəliyinə badam, əsasən, çiçəkləmə vaxtı tutulur. Onun təsirindən çiçəklər soluxur və tökülür. Yazda əmələ gəlmiş sporlar ağacların çiçəkləmə vaxtı çiçək tumurcuğunun içərisinə daxil olaraq inkişaf edirlər və çiçəklərin kütləvi məhvinə səbəb olurlar. Xəstəlik çiçəklərlə yanaşı, yaz zoğlarmı da məhv edir. Budaq üzərində çiçəkləmiş zoğlar inkişafdan qalır. Yazda çiçəkləmə dövründə havaların sərin və rütubətli keçməsi bu xəstəliyin inkişafına zəmin yaradır.
Mübarizə tədbirləri. Ağaclar tumurcuqlamadan qabaq 1%-li DNOK məhlulu ilə çilənir. Vegetasiya qabağı 3%- li Bordo məhlulu ilə ağac gövdələrinin və yaxud çətirin çilənməsi yaxşı nəticə verir. Əvvəlki illərdə həmin xəstəlik küllü miqdarda ziyan veribsə, o zaman həmin sahədə ağaclar çiçəklədikdən sonra üç dəfə 15-20 gün ara verməklə Bordo məhlulu ilə çilənməlidir.
6.2.3. Fındığın xəstəlikləri
Göbələk xəstəliklərindən fındığa düşəni Phullactinia cortda-dır. Bu xəstəlik fındıqdan başqa digər meyvələrə (göyrüş, fıstıq, palıd, ağcaqayın) və meyvə (armud, zoğal) ağaclarına da düşür. Zərəri çox olmayır. Yarpaqların alt hissələrində payızda ağ ləkə görünür.