Şəkil 6.2. Cəvizdə bakterioz (Xanthomonos juglandis Piens. /Xantho-
monos
campestris pv. Juglandis) xəstəliyinin əsas əlamətləri [24].
A-Yarpaq ayasının üst tərəfində nekrtik zədələr;
B-Nekrotik zədələr yapağın alt hissəsində;
C-Saplaqda;
D-Qərzəkdə;
E və F-Meyvələrin apikal nekrozu.
Sarı dəmgil (Microstroma juglandis Sacc.). Əsasən yaşıl meyvə yanlığını və yarpaqları siyarətləndirir. Tinglik təsərrüfatında əkin materialında da geniş yayıla bilən xəstəlikdir. Siyarətlənmiş yarpaq ayəsinin üst tərəfində (eləcə də meyvənin üzərində) solğun-yaşıl, sonradan isə qonur rəngə çalan dəmgillər əmələ gəlir. Yarpağın alt hissəsində dəmgilin altda ağ rəngdə tozlanan ərp əmələ gəlir. Fəsadları qonur dəmgil və bakterioz xəstəliklərində olduğu kimidir.
Budaqların və (sonra) ağacın quruması (Melanconium juglamdis Lze. və Nectria cinabarina Fr.). Hər ikisi göbələk olmaqla, ağacın canlı budaqlarını və gövdəsini yoluxdurur. Qurumuş budaqlarda qabığın üzərində göbələyin sıx qara rəngdə oval və ya kürə formalı spor yastıqları peyda olaraq nəm havada toxunduqda tünd-qara rəngə bulaşır. İkinci göbələk tərəfindən siyarətləndikdə, birincidən fərqli olaraq, qabığın üzərində qırmızı rəngdə spor yastığı əmələ gəlir.