Beləliklə bu fəslin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Bitki mühafizə tədbirləri üzrə hüquqi normalar (istifadəçinin qorunması məqsədilə təhlükəsizlik iş paltarı, tənəffüs sisteminin mühafizəsi, su resurslarının qorunması və s., normativ sənədlər);
- Qərzəkli meyvə bitkilərinin xəstəlikləri: onların əsas xüsusiyyətləri, zərər formaları, zərər dərəcəsi və xəstəliklərlə əsas mübarizə tədbirləri: aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, seleksiya, bitki karantini və inteqrir üsullar;
- Qərzəkli meyvə bitkilərinin zərərvericiləri: onların əsas xüsusiyyətləri, zərər formaları, zərər dərəcəsi və zərərvericilərlə əsas mübarizə tədbirləri (aqrotexniki, bioloji, kimyəvi, fiziki-mexaniki, inteqrir üsullar və bitki karantin).