Öyrənmə elementi vacibliyi haqqında məlumat
Bildiyimiz kimi qərzəkli meyvə bitkiləri becərilmə arealına görə respublikamızda çox geniş yayılmışdır. Buna səbəb həmin bitkilərin bioekoloji xüsusiyyətləridir. Bioekoloji xüsusiyyətlər dedikdə bitkilərin bir-birinin və ətraf mühit amillərinin təsiri altında qazandıqları bioloji xüsusiyyətləri nəzərdə tutulur. Belə ki, qərzəkli meyvə bitkiləri daim onları əhatə edən xarici şəraitlə üzvi surətdə əlaqədə olurlar. Xarici şəraitin təsiri nəticəsində bitkilərdə anatomik quruluşu, morfoloji nişanələri, bioloji xüsusiyyətləri, böyümə və inkişaf qanunauyğunluqları dəyişir. Qərzəkli meyvə bitkilərinin xarici şərait amillərinə münasibətləri eyni olmayıb bitkinin yaşından, ilin fəslindən və fenoloji fazalardan asılı olaraq dəyişir. Bitkilərin bir-birinə və ətraf mühit amillərinə münasibətlərini öyrənmədən yüksək məhsul istehsalına nail olmaq mümkün deyil. Çünki meyvə bağında bitkilərə normal aqrotexnoloji qulluq edilməsi üçün ilk növbədə onların bioloji xüsusiyyətlərini və ətraf mühit amillərinə tələbini bilmək lazımdır. Bildiyimiz kimi bitkinin böyümə və inkişafında həlledici əhəmiyyətə malik olan amillər onlara təklikdə yox, kompleks şəkildə təsir edir. Bitkiyə bir amilin təsir etməsi üçün mütləq digər amil də olmalıdır. Məsələn, bitkinin torpaqda olan qida maddələrindən istifadə edə bilməsi üçün torpaqda mütləq müəyyən dərəcədə istilik və rütubət olmalıdır. Bu və ya digər amilin çatışmazlığı, yaxud həddən artıq olması bitkinin normal böyüməsinə və inkişafına mane olur. Bu baxımdan birinci fəsildə verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: