Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Bağda qərzəkli meyvə bitkilərin budanması hər il aparılır.
Sual 2. Çətir formalaşdıqda bağda qərzəkli meyvə bitkilərin budanması dayandırılır.
Sual 3. Qərzəkli meyvə bitkilər becərilən bağa 20-40 ton/ha peyin verilir.
Sual 4. Qərzəkli meyvə bağının suvarma norması 600-800 m3/ha-dır.
Sual 5. Bir hektar sahədə qərzəkli meyvə becərilməsinin iqtisadi səmərəliliyini (rentabellik səviyyəsi) hesablamaq üçün ümumi xərclər xalis gəlirə bölünüb 100 faizə vurulur.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. NPK .................................. gübrələrdi.
Sual 7. ........................... daha çox istifadə olunan üzvü gübrədir.
Sual 8. Püstə ............................. bitkilər qrupuna aiddir.
Sual 9. İllik yağıntıların miqdarı 500-600 mm-dən az olduqda bağda ........................... aparılması tələb olunur.
Sual 10. Suvarma aparılmadıqda qərzəkli bitkilərinin ....................................... xırda olub ləpəsi tam inkişaf etmir.