Bu zaman çoxillik hissələr -skelet və yarımskelet budaqlar əsasına qədər kəsilə bilər. Gələcəkdə həmin budaqlan əvəz edəcək yeni zoğların yaranması üçün, skelet budaqlar 10-15 sm hündürlükdə kötük saxlanmaqla kəsilir. Saxlanmış kötükcüklər üzərində əmələ gələn zoğlardan 1-2 ədədi seçilir və onlar formalaşdırılaraq gələcəkdə skeletvə ya yarımskelet budaqlara çevrilirlər. Cavanlaşdırıcı budama həm fərdi - ayrı-ayrı skelet budaqları kəsməklə, həm də şablon qaydada - çətiri aşağı salmaq və onu yandan məhdudlaşdırmaqla aparılır.
Fərdi qaydada aparılan cavanlaşdırıcı budama əl ilə aparılır və hər bir skelet budağa sortun bioloji xüsusiyyəti nəzərə alınmaqla yanaşılır. Bu zaman nəzərə alınmalıdır ki, məhsulun əsas kütləsi - 50-60%-i nisbətən cavan (3-4 illik) budaqlarda, 25-30%-i 5-8 yaşlı, 10-15% isə daha çox yaşlı hissələrdə yerləşir. Müvafiq olaraq zoğ bərpaetmə qabiliyyəti yüksək olan bitkilərdə aparılan cavanlaşdırıcı budama, məhsulun kəmiyyət və keyfiyyətinə müsbət təsir etməklə yanaşı, onun əmtəəlik məhsulvermə dövrünü uzadır. Fərdi qaydada cavanlaşdırma 2 il müddətində aparılır. Birinci il bir qrup skelet budaqlar, ikinci il isə qalanları kəsilib atılaraq onlar yeni hissələrlə əvəz edilir.
Vaxtında düzgün forma verilməmiş və yaxud düzgün budama tətbiq edilmədiyindən həddən artıq böyük çətir yaratmış ağaclarda şablon tipli cavanlaşdırıcı budama tətbiq edilir. Bu məqsədlə OKM-4,5, MKO-3, SŞR-0,5 markalı budayıcı maşınlardan istifadə edilir. Belə maşınlar ağacınçətirini yandan məhdudlaşdırmaqla bərabər həm də çətirin hündürlüyünü də azaldır.
Bu maşınlar diametri 1,5-2 sm-dən 8-10 sm-dək olan budaqları kəsə bilir. Vaxtaşırı aparılan budama, çətirin həcminin genişlənməsinə imkan vermədiyindən, meyvələr çətir daxilində bərabər paylanır və çətirin məhsulla yüklənmə əmsalı artır.
Budamanın dərəcəsi. Budama üsullarından asılı olaraq müxtəlif dərəcələrə ayrılır.
Yüngül budama. Əsasən formaverici və nizamlayıcı budama zamanı istifadə edilir. Bu halda zoğların, budaqların ucları vurulur, mürəkkəb meyvə budaqcıqları gödəldilərək sadə meyvə budaqcıqlarına çevrilir. Nisbətən zəif inkişaf edən və əsas istiqamətdən yayman zoğlar kəsilir və ya münasib istiqamətə baxan tumurcuğa qədər gödəldilir.
Orta budama. Belə budama zamanı cavan (1-2 illik) budaqlarla yanaşı çoxillik (3-7 illik) hissələrin də bir qismi kəsilir. Bu, əsasən sağlamlaşdırıcı və yüngül dərəcədə cavanlaşdırıcı budama zamanı tətbiq edilir. Bu zaman yarımskelet budaqlar gödəldilə və ya skelet budaqlara qədər dibindən kəsilib atda bilər. Belə budama, ağaclarda yaşla əlaqədar olaraq, vegetativ boyun zəiflədiyi (zoğların illik boy artımı 15-20 sm-dən az olan) dövrdə aparılmaqla, gələcəkdə baş verəcək qocalmanı bir qədər ləngitməyə imkan verir. Bu isə sonralar məcburiyyət qarşısında tətbiq edilən ağır budamam aradan qaldırır.
Güclü (ağır) budama. Adından göründüyü kimi çoxillik (7-8 ildən çox) hissələrin kəsilməsini nəzərdə tutan bu budama, çətirin kütləsinin güclü şəkildə azalmasına səbəb olur. Çoxillik hissələrin kəsilməsi nəticəsində, yerüstü hissə ilə kök sistemi arasında korrelyasiya asılılığı pozulur. Bu isə çoxillik hissələrdə yatmış tumurcuqların kütləvi oyanışına səbəb olur və beləliklə ağaclarda nisbi cavanlaşma baş verir. Budama dərəcəsi budama üsullarından da asılıdır. Bunlar aşağıdakılardır: Gödəltmə. Əsas budama üsulu olmaqla meyvə bitkisinə ciddi şəkildə təsir edir.