B1 - torpağın mütləq quru kütləsinə nisbətən ART-nın yuxarı həddi, %;
B2 - torpağın suvarmaqabağı rütubətlənmə dərəcəsi, %;
Suyun filtirasiyası nəzərə alınaraq suvarma normasına 15-20 % əlavə olunur.
Hər dəfə suvarma aparılarkən orta hesabla hektara qumsal torpaqlarda 400-500 m3, yüngül gillicəli torpaqlarda 600-700 m3, gillicəli torpaqlarda 800-900 m3, ağır qranulometrik tərkibli torpaqlarda 900-1000 m3 su sərf olunur [7,8].
Suvarma üsulları ekoloji şəraitdən, su ehtiyatından, illik yağıntılann paylanmasından asılı olaraq müxtəlif ola bilir. Bu üsullardan hələ ki, təsərrüfatlarda daha geniş tətbiq ediləni torpaqüstü suvarmadır. Bu üsulda su, müxtəlif yolllarla torpaq səthi ilə axıdılır.
Şırımlarla suvarma. Cərgənin uzununa, ağaclardan 70-80 sm aralı birinci və 60-100 sm aralı sonrakı şırımlar, 12-25 sm dərinlikdə olmaqla, КСШ-5Б və ya КСГ-5 kultivatoru ilə açılır. Hər şırımın uzunluğu 50-100 m olur. Su, bu şırımlara buraxılır. Sahə bərabər surətdə suvarılır. Lakin suvarmadan sonra cərgəaralarının becərilməsi çətinləşir.
Zolaqlarla suvarma. Cərgəaralarında eni 1,8-4,2 m olan 70-300 m uzunluğunda zolaqlar (ləklər) yaradılır. Su, bu zolaqlarla axıdılrr. Bu üsul cərgəarası ot bitkiləri altında saxlandığı halda istifadə edilə bilər. Mənfi cəhəti həddindən artıq su sərfıdir.
Dairələrlə (kasa) suvarma. Hər gövdə ətrafında ağacın çətrinin diametrindən asılı olaraq, eni 2-6 m olan kasa düzəldilir. Su, paylayıcı şırımlarla bu dairələrə ötürülür və dairə dolduqdan sonra o, növbəti dairəyə yönəldilir.
Qeyd olunan torpaqüstü suvarma üsullarında həddindən artıq su sərfı olduğundan onlar müasir intensiv bağçılığın tələblərinə cavab vermir. Ona görə də daha mütərəqqi üsullar işlənib hazırlanmışdır.
Su sərfinin azaldılmasına yönəldilən üsullar aşağıdakılardır.
Süni yağışyağdırma. Bu üsulda suvarma, stasionar və ya müvəqqəti borular vasitəsilə aparılır. Yağış yağdırmaq üçün gödək şırnaqlı DDA-100MA, orta şırnaqlı Kİ-50, «Raduqa», DŞ-25/300, uzun şırnaqlı DDN-70, DD-30, DDN-100, DD-80, DÇP-30 və d. qurğulardan istifadə edilir. Süni yağış yağdırmanın üstün cəhətləri kimi onun müxtəlif relyefə malik, qrunt suları üzdə olan sahələrdə istifadə edilməsinin mümkünlüyü, su sərfinin nizamlanması, havanın quraqlığının aradan qalxması, yarpaqların yuyulması, tozun yatması və s. göstərmək olar. Eyni zamanda qeyd edilməlidir ki, bu halda havanın nisbi rütubətliyinin artması ilə göbələk xəstəliklərinin inkişafı da sürətlənə bilir. Bu halda qabaqcadan mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
Damcı üsuku ilə suvarma. Hər cərgədə ştamb hündürlükdə sintetik suvarma boruları quraşdırılır. Hər boru üzərində gövdəyə yaxın hissədə 2-4 ədəd əmzik tipli damcıladıcı bərkidilir. Filtrdən keçmiş su təzyiqlə bu borulara verilir. Daimi olaraq gövdə ətrafına bu borulardan tökülən damcılar torpağm 20-40 sm-lik qatının rütubətlə təmin olunmasına şərait yaradır. Bu üsıılda suya yüksək dərəcədə qənaət edilir. Lakin damcı ilə suvarma, yalnız səthi kök sistemi yaradan bitkilər üçün əlverişli sayılır.
Torpaqdaxili suvarma. Bu üsulda köklərin əsas kütləsinin yerləşdiyi zonaya plastik kütlədən və ya farfor tipli materialdan hazırlanmış suvarma boruları yerləşdirilir.