Əgər təhlilinnəticələri optimum miqdardan fərqlənirsə K əmsalı ilə düzəliş aparılır [7,8]:
𝐊 = 𝑨
𝑩
Burada A və B müvafiq olaraq %-lə optimal və faktiki göstəricilərdir.
Əgər faktiki təhlil nəticəsində elementin miqdarının normadan az olduğu müəyyən olunarsa, o zaman cədvəldən optimum səviyyənin aşağı həddi götürülür. Optimaldan yuxarıdırsa - yuxarı hədd götürülür.
Meyvə bitkiləri üçün gübrə norması, gübrələrin tərkibində olan qida elementlərinin miqdarına uyğun olaraq, təsiredici maddə hesabı ilə təyin edilir.
Respublikamızda torpaqların rəngarəng olması, konkret bölgə üçün torpaq təhlilləri əsasında gübrə normalan müəyyənləşdirməyi tələb edir. Ümumiyyətlə isə hektara 20-40 t peyin (2-3 ildən bir), təsiredici maddə hesabı ilə 120-180 kq P, 90-150 kq K və 90-120 kq N planlaşdırılır.
Gübrələrin təsiredici maddəyə görə fiziki kütləsi aşağıdakı formula ilə hesablanır [7,8] :
𝐊 = 𝑵𝑺𝟏𝟎𝟎
𝑻
Burada:
K - Gübrənin kütləsi, kq;
N - Məsləhət görülən gübrə dozası, kq;
S - Gübrələnən sahə, m2;
T - Gübrədə təsiredici maddənin miqdarı,%-lə.
5.5.3. Gübrələmə zamanı ətraf mühitin cirklənməsinin qarşısının alınması
Mineral gübrələrin artıqlaması ilə verilməsi, onların torpağa, ərzağa, sonda isə insan orqanizminə arzuolunmaz təsiri ilə bağlı bir çox problemlər yaradır. Bu problemlər əsasən bir çox tələblərə əməl olunmadığı şəraitdə yaranır. Torpaqlara uzun müddət P gübrələrinin verilməsi torpağın ağır metallarla (uran, torium), həmçinin flüor, sink, kadmium, arsen, stronsium, radionukleidlərlə zibillənməsinə səbəb olur. K gübrələri ilə torpağa xlor daxil olur ki, bu da israf vəziyyətdə torpağm aqrofiziki xüsusiyyətlərinə mənfi təsir göstərir. Şəhər tullantılarından hazırlanmış kompost torpaqda qurğuşun, civə, kadmium, xrom, mis və digər elementlər toplanmasına şərait yaradır.
Mineral gübrələrin ifrat dərəcədə olması torpaqdan üzvi birləşmələrin yuyulub çıxmasına, ikinci gilli mineralların yaranmasına, mikroorqanizmlərin, həşəratların və yağış qurdlarının həyat fəaliyyətinin pisləşməsinə səbəb olur.
Mineral gübrələrin bütövlükdə və xüsusilə də, nitrat formalı azot gübrələrinin qeyri-rasional şəkildə tətbiqi, onların yağış və sel suları ilə çıxarılmasına, aşağı torpaq qatlarına keçərək qrunt sularının çirklənməsinə səbəb olur. N gübrələrindən daha güclü yuyulanları nitrat, sonra amid, amin, sianamid formalarıdır. Suda nitratların qatılığının yuxan həddi - 10 mq/l-dir.
Azot (N) gübrələri eyni zamanda havanı da çirkləndirir. N daha çox nitrat formalarda, sidik cövhərində, ammonium sulfatda uçuculuq xüsusiyyətinə malikdir. Ətraf mühiti nisbətən az çirkləndirən torpaqda zəif hərəkəti ilə fərqlənən P və K gübrələridir.