Mikrogübrələr əsasən kökdən kənar yemləmə şəklində verilir.
Bor gübrəsi. Bor sərbəst halda torpaqda çox cüzi miqdarda (0,001%) olduğundan meyvə bitkilərinin bu elementə həmişə ehtiyacı olur. Bor gübrələrinə -Borat turşusu, Bor maqneziumvə s. aiddir. Bor gübrəsi əsasən əhəngləşmiş turş torpaqlara verilir.
Molibden gübrəsi. Meyvə bitkiləri, xüsusən turş reaksiyalı çimli, podzol, boz meşə torpaqlarında, bu elementə böyük ehtiyac duyur. Torpaq mühiti turşuluğu - pH5,4-7,5 həddindən aşağı və ya yuxarı olduqda molibden zəif mənimsənilir. Turş torpaqların əhənglənməsi torpaqda olan molibdenin mənimsənilməsini asanlaşdırır və gübrəyə ehtiyac qalmır. Molibden gübrələrindən ammonium molibden, molibdat, şlak, molibdenli adi və ikiqat superfosfat istifadə olunur.
Mis gübrəsi. Mis elementi torpaqda varsa o, bitkilər tərəfindən asanlıqla mənimsənilir. Mis qıtlığı çimli-podzollaşmış, qumsal, qleyli, torflaşmış, çeyilli torpaqlarda daha çox büruzə verilir. Ümumiyyətlə pH-ın miqdarı artdıqca misin mənimsənilməsi zəifləyir. Meyvə bitkilərinin xəstəlikləri ilə mübarizədə, tərkibində mis olan fungisidlərdən istifadə edilməsi bu elementə olan ehtiyacı ödəyə bilir. Sərbəst gübrə kimi isə mis sulfat (mis kuporosu), mis-kalium, pirit kolçedanı istifadə edilə bilər.
Sink gübrəsi. Quru iqlimə malik bölgələrdə adi və karbonatlı-qara torpaqlarda, çəmən-qara torpaqlarda, tünd və boz şabalıdı torpaqlarda sinkin miqdarı ciddi şəkildə azalır. Sinkin mənimsənilməsinə həmçinin torpağın qələviliyi, karbonatlığı, şoranlığı, aşağı humusluluğu da təsir göstərə bilir. Sink gübrəsi kimi sink-sulfat və sink polimikro istifadə edilir.
Kobalt gübrəsi. Qələvi torpaqlara nisbətən turş torpaqlarda kobaltın miqdarı həddindən artıq olur. Ona görə də belə torpaqlarda ifrat əhəngləmə nəticəsində kobalt tamamilə mənimsənilməyən formaya keçdiyindən ona daha çox ehtiyac duyulur. Bu halda becərilən bitkilər üçün kobalt sulfat və xlorid kobalt gübrələrinin verilməsi məsləhət görülür. Çox turş torpaqlarda isə bu gübrələr mənfi nəticə verə bilər.
Gübrələrin verilməsi vaxtı və qaydası. Gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, bitkilərin ayn-ayn fazalarda qida elementlərinə olan tələbindən asılıdır [7,8]. Əsas gübrələr payızda şum altına, yemləmə gübrələri isə vegetasiya dövründə verilir.
Üzvi gübrələr bir qayda olaraq iki-üç ildən bir, fosforlu və kaliumlu gübrələr isə hər il, payızda şum altına verilir. Lakin orta və ağır mexaniki tərkibə malik torpaqlarda fosforlu və kaliumlu gübrələri hər il vermək məsləhət görülmür.
Azotlu gübrələr yüksək mənimsənildiyindən, onun payızdan verilməsi əlverişli deyil. Çünki bu halda azotun kütləvi itkisi baş verir. Buna görə də azotlu gübrələr vegetasiyanın başlanğıcında və ya vegetasiya dövründə hissələrlə, çiçəkləmədən qabaq və meyvəciklərin kütləvi tökülməsindən (iyun) sonra verilir.
Mikrogübrələr bir qayda olaraq, kökdənkənar yemləmə şəklində, vegetasiya dövründə ağaclara çilənir.
Gübrələr torpağa iki qayda ilə - torpaq səthinə səpilərək şumlanır və yaxud da xüsusi maşınların vasitəsilə, bitkinin kökləri yerləşən torpaq laylarına verilir.