Gübrələrin növləri və forması. Meyvə bitkilərindən bol və yüksək keyfiyyətli məhsul götürmək üçün onlar müntəzəm olaraq gübrələnməlidir.
Meyvəçilikdə istifadə olunan gübrələr üzvi, mineral və mikro gübrələrdir.
Gübrəbrin növləri və forması. Meyvə bitkilərindən bol və yüksək keyfiyyətli məhsul götürmək üçün onlar müntəzəm olaraq gübrələnməlidir.
Meyvəçilikdə istifadə olunan gübrələr üzvi, mineral və mikro gübrələrdir [7,8].
Üzvi gübrələrə peyin, kompost, peyin şirəsi, torf, yaşıl gübrələr aiddir. Üzvi gübrələrin tərkibində meyvə bitkiləri üçün vacib olan azot, fosfor, kalium elementləri vardır. Üzvi gübrələrin tərkibində olan birləşmələr parçalanaraq torpaqda humusun miqdarını artırır, strukturunu yaxşılaşdırır, onu karbon qazı ilə zənginləşdirir, buferliyini çoxaldır. Üzvi gübrələr tam minerallaşdıqdan sonra bitkilər tərəfindən mənimsənilir. Minerallaşma prosesi müəyyən müddət vaxt tələb etdiyindən, üzvi gübrələrin hər il deyil, ilaşırı və ya iki ildən bir verilməsi məsləhət görülür.
Peyin. Yan çürümüş halda istifadə edilən peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium və 0,2% kalsium, müəyyən miqdarda mikroelementlər - maqnezium, kükürd, bor və digər elementlər də olur.
Peyinin torpaqda gedən bir sıra bioloji prosesləri sürətləndirməsi və əsas qida elementləri mənbəyi olduğu nəzərə alınaraq, meyvə bağlarında ondan geniş istifadə olunur.Cavan bağlarda peyin hər hektara 20-30 ton, məhsuldar bağlarda isə 30-40 ton miqdarında nəzərdə tutulur. Peyin payızdan, əsas şum altına verilir.
Peyin şirəsi. Peyinin maye hissəsidir. Peyin şirəsində az miqdarda (0,3%) karbamid şəklində azot və kalium (0,5%) olur. Fosfor demək olar ki, yox dərəcəsindədir. Peyin şirəsi bitkilər tərəfindən tez mənimsənildiyindən onu vegetasiya dövründə su ilə qarışdırıb bitkilərin yemləndirilməsində istifadə edirlər. Bu məqsədlə suvarma arxlarının başlanğıcında xəndəklər qazılır, oraya təzə peyin tökülür. Su bu xəndəkdən keçib qidalı maddələri bitkilərə çatdırır. Orta hesabla hər hektara 5-6 ton təzə peyin şirəsi optimal norma sayılır.
Kompost. Təzə peyinə saman və ya torf qarışdırmaqla əldə olunan üzvi gübrədir. Torfla peyin şirəsinin qarışdırılması üzvi maddələrin parçalanmasım sürətləndirir, torfun turşuluğunu azaldır, azotun tam saxlanmasına şərait yaradır. Kompost, eyni miqdarda torf və peyin şirəsini, qatlarla və yaxud da xəndəkdə qarışdırmaqla əldə olunur. Payızda və ya qışda hazırlanmış belə kompost yazda və ya vegetasiya dövründə verilir.
Yaşıl gübrələr. Torpaqda üzvi maddələr, azot və digər qida elementləri ehtiyatını artırmaq məqsədiilə istifadə olunan, bitki mənşəli gübrələrdir. Siderat adı ilə daha çox məşhur olan yaşıl gübrələrə paxlalı bitkilər aiddir. Cərgəarasında becərilən ot bitkiləri (acıpaxla, çöl noxudu, lobya, xardal, balyonca, payızlıq çovdar və s.) şumlanaraq torpaqla qarışdırıldıqda hər hektara orta hesabla 30-40 t yaşıl kütlə verilir ki, bu da 150-200 kq-a qədər azot deməkdir. Siderat bitkilər azotla normal, fosfor və kaliumla isə az təmin olunduğundan, sahəyə əlavə olaraq bu elementlərin verilməsi tələb olunmur.
Mineral gübrələr. Mineral gübrələr qeyri-üzvi mənşəli birləşmələrdir. Mineral gübrələr sadə və mürəkkəb (kompleks) tipli olur. Sadə gübrələr yalnız bir əsas qida elementini, kompleks gübrələr isə iki və daha çox qida elementini özündə birləşdirir.