Dördüncü ildə bunlar meyvə verməyə başlayır. Fındıq bitkisinin budanması vacib aqrotexniki tədbirlərdən biridir. Cavan fındıq kolları əkildikdən sonra birinci ili ona forma verilməlidir [4].
Fındıq bitkisi çox gövdəli və bol kök pöhrələri verən bitki olduğu üçün kolların budanması vacibdir. çətiri düzgün və vaxtında budanmalıdır (Şəkil 5.5). Əks təqdirdə onlar sıxlaşaraq birləşir, bitki yaxşı işıqlanmır, cərgə aralarında kölgədə qalan bar budaqları quruyur.
Fındıq bağında kolda gövdələrin sayının normalaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda becərilən fındıq bitkisi sort və formalarından asılı olaraq budama aparılmadıqda 350-dən artıq və bəzilərində 100, qısa boylu sortlarda 4-5 (II qrup) gövdə əmələ gətirir. Pöhrə əmələ gətirməsinə görə fındıq sortlarını 3 qrupa bölmək olar [4]:
I qrup - Ata-baba, Arzu, Saçaqlı, Qızıl fındıq, Kudryavçik, Çərkəzi və Çərgəz-2, Qırmızı lombard vegetasiya dövründə 100-200-ə qədər pöhrə verə bilər;
II qrup - Əşrəfi, Yağlı fındıq, Trabzon, Ağ ləpə. Minas- şellernuş-30-40 ədəd pöhrə verə bilər;
III qrup – Qalib, Daş fındıq, Topqara və başqa sortlardır ki, onlar yalnız şərti kök boğazı üzərində tək, seyrək kök üzərində pöhrə şivləri verən fındıq sortlarıdır.
Bağ salınarkən 6x6 m qida. sahəsi verilmiş bağda 12 ədəd, 8x8 m və ya 10x10 m qida sahəsində isə 24 ədəd məhsuldar budaq saxlanılmalıdır.
Fındıq bitkisi 20 yaşa qədər yaxşı bar verir. Sonradan məhsuldarlıq aşağı düşür. Ona görə də kollarda gövdələrin sayı düzgün nizamlanmalı, yaşı 20-dən yuxarı olan gövdələr kəsilməli, cavan budaqlarla əvəz olunmalıdır. Kolda budaqların sayı əkin sxemindən asılıdır.
Fındıq bitkisinin əsas budanması onun cavanlaşdırılmısından ibarətdir. Qocalan, məhsul verməyən budaqları iki üsulla cavanlaşdırmaq olur. Qocalan budaqları dibindən kəsib, yeni çıxan pöhrələrdən 12-24 ədədini saxlayıb becərilir. Yerdə qalan zoğlar əmələ gəldikcə onlar təmizlənməlidir. Bu üsul həm asan, həm də çox zəhmət tələb etmir. Ona görə də geniş tətbiq olunur və iqtisadi cəhətdən olduqca əlverişlidir. Bu üsulun bir nöqsanı varsa, o da cavanlaşdırılmış kolun 3-4 il gec meyvə verməsidir. Bu çatışmazlığın qarşısını almaq üçün kolun bir dəfəyə yox, hissə-hissə budanması məsləhət bilinir (Ə. C. Rəcəbli, 2010).
Bu budamadan başqa fındıq kolları arasında hər il əmələ gələn pöhrələri təmizləmək lazımdır. Belə pöhrələrin qalması kolun zəifləməsinə və məhsulun azalmasına səbəb olur.
Fındıq bitkisində ancaq iki illik zoğları üzərində meyvə əmələ gəlir. Təzə basdırılmış fındıqlarda üçüncü ildə 6-8 sağlam, bir-birindən aralı duran budaqları seçib saxlamalı, qalan zoğ və budaqları dibindən kəsilməlidir: Dördüncü ildən başlayaraq budaqlardan meyvə toplanmağa başlayır. 9 ilə kimi bunların cavan zoğlarını tamamilə kənar edirlər.