Bunlarınəzərə alaraq hər bölgənin torpaq-iqlim şəraitinə və əsas bitkinin bioloji tələbinə uyğun olaraq cərgəarası bitkilər seçilir.
Ümumiyyətlə bağda xəstəlik və zərərvericilərə qarşı kimyəvi preparatlardan istifadə edilməyəcəksə, cərgəaralarında istifadə üçün çiyələk, qarağat, meyvəli tərəvəzlər, yonca, gülül, soya, topal, rayqras və s. əkilə bilər. Əgər kimyəvi preparatlardan istifadə ediləcəksə hər cərgədən bir növbəli əkin sistemi əsasında kartof, yerkökü, faraş kələm, baş soğan, sarımsaq, turp, yem və süfrə çuğunduru, lərgə, lobya, tərəvəz noxudu, paxla və s. əkmək olar.
Meyvə bağı ucaboylu calaqaltılara calanmış sortlardan salındıqda, o zaman gödəkboylu calaqaltılara calanmış həmin sortların ağacları cərgəaralarında sıxlaşdırıcı bitki kimi becərilə bilər. Belə ağaclar gödək boylu, tez məhsula düşən və az ömürlü olduqlarından, onlar əsas ağaclar tam məhsula düşənə qədər həyat fəaliyyətlərini başa çatdırır.
Ağaclar bağa əkildikləri gündən, torpağın münbitliyinə və onun bərpasına böyük ehtiyac duyur. Buna görə də ağaclar əkilməzdən qabaq, əgər sahə gübrələnməyibsə, o zaman hər ağacın gövdə ətrafına hər m2 sahə üçün payızdan 4-5 kq çürümüş peyin, 200 q superfosfat və 20 q kalium duzu verib belləyirlər. Erkən yazda və vegetasiya dövründə isə böyüməni sürətləndirmək üçün hər m2 gövdəətrafına 20-30 qrammonium şorası verilir. Əgər ağaclar əkilərkən gübrə verilibsə, o zaman qeyd olunan qayda ilə yalnız azotla yemləmə aparılır. Sonrakı illərdə mineral gübrələr hər il, üzvi gübrələr isə iki ildən bir verilir.
Gübrələrin dozası məhsuldar bağa verilən dozaya nisbətdə aşağıdakı formul ilə hesablanır:
𝒙 = 𝐀𝟏.𝟓𝐒𝐍
𝑸𝟏𝟎𝟎
burada:
X-Hektara gübrə dozası, kq;
A-Məhsuldar bağda təsiredici maddə hesabilə gübrə dozası, kq/ha;
S-Gövdəətrafı sahə, m2;
1,5-Suvarmaya düzəliş əmsalı;
N-Hektarda bitkilərin miqdarı, ədəd;
Q-Gübrədə təsiredici maddə,%.
Əgər gübrələr gövdəətrafına verilirsə bu iş əllə, cərgə boyu verilirsə, o zaman gübrə səpən mexanizmlərlə aparılır. Bu halda sahəyə müvafiq gübrə dozası artırılır.
Cərgəarası bitkilərin gübrələrə olan ehtiyacı isə ayrıca hesablanıb ümumi normaya əlavə edilir. Cavan bağda ağacların normal tutması və inkişafı birbaşa torpağın rütubətlənmə əmsalımdan asılıdır. Ona görə də, illik atmosfer çöküntüləri 700 mm-dən az olan və həmçinin yayı quraq keçən rütubətli bölgələrdə, bağ mütləq suvarılmalıdır. Ümumiyyətlə bütün vegetasiya dövründə köklər yerləşən zonada torpaq rütubətliliyi, ART-nin 75-80%-dən aşağı düşməməlidir. Yalnız belə qulluq sayəsində cavan ağacların gələcək bol və keyfiyyətli məhsul üçün hazırlanmasına nail olmaq olar.