Öyrənmə elementi vacibliyi haqqında məlumat
Əziz oxucular, bu fəsildə siz yaradılmış qərzəkli meyvə bağlarında mütəmadi olaraq yüksək məhsul əldə edilməsi məsələləri ilə yaxından tanış olacaqsınız. Belə ki, bağın yaradılması ilə ildə yüksək məhsulun əldə olunması məsələsi bitmiş hesab olunmur. Hər il yüksək məhsulun əldə olunması bağda mütəmadi olaraq becərmə, qulluq və digər aqrotexniki tədbirlər kompleksinin həyata keçirilməsini tələb edir ki, həmin tədbirlər də cari ilin məhsulunun əsasını təşkil edir. Bu baxımdan öyrətmə elementində verilən biliklər mühüm praktiki əhəmiyyətə malik olub mövcud qərzəkli meyvə bağlarında hər il yüksək məhsulun əldə olunmasını təmin edən tədbirlərin vacibliyi və həyata keçirilməsi məsələlərinə həsr edilib.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- Cavan bağa qulluq, cavan bağda torpağın becərilməsi və ondan səmərəli istifadə;
- Bağın suvarılması, bağda yerli şəraitdən və qərzəkli meyvə bitki növünün tələbindən asılı olaraq suvarma normasının müəyyənləşdirilməsi, suvarmanın sayı və müddəti;
- Məhsula düşmüş bağa qulluq, torpağın saxlanması sistemi və becərilməsi texnologiyası;
- Bağda ağacların budanması, məhsuldar bağda tətbiq olunan budama növləri, boy və məhsuldarlığın nizamlanması, budamanın dərəcəsi, vaxtı, qaydası;
- Bağın gübrələnməsi, gübrələrin növləri və forması, gübrələrin verilməsi vaxtı və qaydası, gübrələmə norması, məhsulun keyfiyyətinə gübrələmənin təsiri, gübrələmə zamanı ətraf mühitin cirklənməsinin qarşısının alınması;
- Məhsuldar bağda suvarma norması, onun təyini, suvarmanın vaxtı və sayı;
- Alaq otları və onlarla mübarizə tədbirləri (aqrotexniki, bioloji, kimyəvi və s.).