Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Qərzəkli meyvə bağı yaratmaq üçün ərazinin seçilməsi meyarlarını müəyyən edin
|
-
Sahənin torpaq, ororoqrafik (relyef), təşkilatı-təsərrüfat şəraiti ilə yaxından tanış olmaq;
- Bağ yaradılan sahə aid edilən məhəllənin (rayonun) çoxillik iqlim göstəricilərini cədvəl şəklində əldə edib təhlilini aparmaq.
|
- Bağda qərzəkli meyvə bitkilərinin yerləşdirilməsi sxemləri və qida sahəsi
|
-
Becərilən qərzəkli meyvə bitkisinin növü, növ daxilində sort xüsusiyyətləri və becərmə şəraitini nəzərə alınaraq optimal qida sahəsinin (əkin sxeminin ) qəbul olunması.
|
- Bir hektar sahəyə əkiləcək bitkilərin miqdarını hesablayın
|
-
Bağın yaradılması sxemi əsasında qida sahəsini hesablayın;
- Qida sahəsi əsasında bir hektar bağda əkiləcək bitkilərin miqdarını təyin edin.
|
- Bir hektar bağ sahəsindən əldə olunan məhsulu hesablayın
|
-
Bağda əkilən qərzəkli meyvə bitkilərinin məhsuldarlığı barədə informasiya; sahəyə əkilən bitkilərin miqdarı, bir bitkidə orta məhsuldarlıq əsasında bağın 1 ha-da məhsuldarlığı müəyyən edin.
|
- Bir hektar sahədə qərzəkli meyvələrin becərilməsinin iqtisadi səmərəliliyini (rentabellik səviyyəsini) hesablayın
|
-
Bağın yaradılmasına, cavan və məhsula düşmüş bağa qulluq, məhsulun tədarükü və emalı ilə bağlı ümumi xərcləri hesablayın (pestisidlə və gübrələr də daxil olmaqla);
- Əldə olunan məhsulu satış qiymətinə vurub ümumi gəliri hesamlayın; ümumi gəlir və ümumi xərclər arasındakı fərq xalis gəlir təşkil edir;
- Xalis gəliri ümumi xərclərə bölüb 100 faizə vurmaqla bir hektar sahədə qərzəkli meyvələrin becərilməsinin iqtisadi səmərəliliyini hesablayın.
|