Qərzəkli meyvə bitkilərinin intensiv və ekstensiv becərilməsinə dair məlumat toplayın, qrup yoldaşlıarınızla birgə müzakirə edin.
Azərbaycanda yaradılan qərzəkli meyvə bağlarında növdən asılı olaraq qəbul olunmuş əsas əkin sxemləri barədə məlumat toplayıb müzakirə edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda qərzəkli meyvə becərən təsərrüfatlara səfər edin, onların becərilmə şəraiti ilə tanış olun, əkin sxemi və qida sahəsi ilə bağlı məlumatları toplayın, fermer təsərrüfatlarında qərzəkli bitkilərin mövcud məhsuldarlıq göstəricilərini araşdırın.
Respublikamızda qərzəkli meyvə bitkilərinin becərilməsinin genişləndirilməsi və sahə vahidində məhsuldarlığın artırılması barədə məlumat toplayın.