Bu əkin üsulunda, sahədə bölgü payalarının yaxınlığından, cərgə boyu çəkilmiş şırımlardan istifadə edilir (Şəkil 4.10). Şırım açmazdan qabaq həmin zolağa üzvi və mineral gübrə qanşığı səpilir. Şınm açılarkən həmin gübrə torpaqla qanşdırdaraq şırıma tökülür. Bundan soma nişangah payanm önündə, şınmda yalaq açılır və ağac yuxarıda təsvir olunan qayda ilə əkilir, onun ətrafmda isə torpaq tapdandıqdan sonra suvarma üçün kasa yaradüır. Şırıma əkin, çalaya əkindən daha asan olduğundan əkin prosesi sürətlənir, əmək məhsuldarhğı 3-5 dəfəyə qədər artır.
Mexanizmlərlə əkin - əl ilə əkin ağır zəhmət, vaxt və yüksək xərc tələb etdiyindən bu üsul yeni tipli, intensiv bağlar üçün özünü doğrultmur, belə bağlarda qida sahəsi nisbətən az olduğundan hektarda bitkilərin miqdarı çoxalır. Ona görə də bu qədər ağacın əkilməsi üçün az vaxt ərzində çoxlu miqdar işçi qüvvəsi tələb olunur. Bu nöqteyi-nəzərdən əkinin mexanikləşdirilməsi zəruri tələbatdır.
Mexanizmlərlə əkin üçün SKS-1 markalı tingəkən və ya MPS-1 markalı bağsalan maşından istifadə edilir. Sonuncu mexanizm bir neçə işi eyni vaxtda görür: müəyyən olunmuş dərinlikdə şırım açır, tingi əkir, suvarır və şırımı torpaqlayır. MPS-1 markalı maşın DT-54A və ya T-75 traktorlarına qoşulur. Əkində 5 nəfər iştirak edir. Onlardan biri traktorçu, iki nəfəri tingi əkən, iki nəfəri isə əkinin qüsurlarını düzəldən və gövdə ətrafını tapdalayandır. Belə əkinin məhsuldarlığı saatda 500-600 tingdir. Bu üsulla 8 saatlıq iş günü ərzində normal sıxlıqda 4-5 ha bağ salmaq olur.
Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkinləri suvarmaq imkanı yoxdursa bu zaman hər çalaya ən azı 8-12 litr su tökmək lazımdır.
Güclü küləkli sahələrdə və həmçinin adi sahələrdə gödək boylu calaqaltılara calanmış bitkilər küləklərin təsirindən əyilir və bəzən hətta tamam yıxılır. Bunun qarşısını almaq üçün hər belə tingin yanında hündürlüyü 1,5 m olan taxta payalar sancılır və ting həmin payaya bağlanır.
Əkilmiş tinglər birillik və yan budaqsızdırsa o zaman planlaşdırılmış çətir formasına uyğun olaraq ting, müəyyən hündürlükdə, cərgəyə və ya cərgəarasına baxan tumurcuğa kəsilir. Əgər budaqları cərgəyə istiqamətlənən çətir forması (italyan çəp palmettası, yastı şpindel və s.) əsasında formalaşdırılacaqsa, onda ting kəsildikdən sonra gövdədə olan sonuncu tumurcuq cərgəarasına baxmalıdır ki, aşağıda yerləşən iki tumurcuq cərgəyə istiqamətlənmiş olsun.