Sıxlaşdırılmış xətvari əkin sxemi. Düzbucaqlı əkin sxeminin bir variantıdır (Şəkil 4.4). Bu üsul xüsusilə maşınla budama üçün əlverişli saylıır. Çünki bu sxemdə də ağaclarda skelet budaqlar cərgəarasına yönəldilir. Belə sxem gödək boylu bitkilər üçün xüsusən əlverişlidir. Cərgəaraları, bitkilərin boyundan asılı olaraq 4-7 m, bitkiaraları isə 0,5-3 m verilir. Cərgədə bitkilər, əkildikdən 2-3 il sonra tam birləşir və divar yaradır. Torpaq yalnız bir istiqamətdə - cərgə boyu becərilir (Şəkil 4.5).
Kontur tipli əkin sxemi. Dağ yamaclarında yamacın köndələninə horizontallar üzrə əkin sxemidir. Cərgəaraları gen, bitkiaraları isə nisbətən sıx (2-3 m) qoyulur. Bu sistemli əkində torpağın yuyulması təhlükəsi azalır. Torpağın becərilməsi daim yamacın köndələninə aparıldığından tədricən təbii səkilər yaranır. Mənfi cəhəti, əkin horizontallarla aparıldığından cərgəaralarının hər yerdə eyni məsafədə olmamasıdır ki, bu da mexanikləşmənin tətbiqini çətinləşdirir. Bəzi yerlərdə cərgəaraları gen olur. Bu zaman, geniş yerlərdə əlavə yarımçıqcərgələr yerləşdirmək olar, lakin bu da becərməni çətinləşdirir.
Üçbucaq (şahmat) əkin sxemi. Bu üsulda cərgəaraları eyni olur və qonşu cərgələrdə olan ağaclar üçbucaq təşkil edir. Yəni birinci cərgədə olan ağac ikinci cərgədə olan ağacların aralığına, üçüncü cərgədə olan ağacla isə eyni xəttə düşür (Şəkil 4.5). Dağ yamaclarında, mailliyi nisbətən az olan sahələrdə, torpağın yuyulmasınm qarşısını almaq üçün geniş istifadə edilir. Bu sxemdə də becərmə yalnız cərgə boyu aparılır.
4.4. Qida sahəsinin təyini və qəbul edilmiş qida sahələri
Bağda ağacların tutduğu torpaq sahəsinə qida sahəsi deyilir. Bu sahə cərgəarası ilə bitkiarasının hasilinə bərabərdir. Cərgəarası məsafə, cərgədə çətirin optimal eni və cərgəarasında maşınların hərəkətinə imkan verən yolun eninə bərabər olur. Müasir maşın və avadanlıqların hərəkəti üçün 2-2,5 m məsafə kifayət edir. Bunun üzərinə çətirin cərgədə enini əlavə etdikdə cərgəarası məsafə yaranır.
Ümumiyyətlə, bitkilər üçün qida sahəsi aşağıdakılara əsasən müəyyənləşdirilir: