A-cərgəarası;
A1-cərgədə bitkiarası məsafə.
Düzbucaqlı əkin sxemi. Kvadrat əkin sxeminin modifikasiyasıdır, cərgəarasinin çox, bitkiarasın isə az verilməsi ilə fərqlənir (Şəkil 4.4). Bu üsulda bağlarda bitkilərin sıxlığı artır. Uca boylu bitkilərə nisbətən gödəkboylu bitkilərdə cərgədə bitkiarası məsafə müəyyən həddə qədər azaldılır. Bu üsulda:
• Ağaclarin sıx yerləşməsi hesabına onlar bir-birini qoruyur;
• Torpağın əsaslı şəkildə kölgələnməsi rütubətin buxarlanmasını zəiflədir;
• Xəstəlik və zərərvericilərlə mübarizə zamanı zəhərli maddələrin itkisi azalır, maşınların faydalı iş əmsalı artır;
• Ağacların əmtəəlik məhsula düşmə dövrü nisbətən tezləşir;
• Ağacların qarşılıqlı müdafiəsi və hər ağacdan məhsulun az olması, onların yerüstü və kök sistemlərinin normal inkişafını təmin edir, onların qışa davamlılığı artır.