Bütün köçürmələr laminarboksda aparılır. Hər cilik bir yarpaqarası buğumdan ibarət olub bir yarpaq və həmin yarpağın qoltuğundakı tumurcuqan ibarət olan 3-5 hissəyə-qələmə bölünür (Şəkil 3.20). Köçürmə zamanı qələmlərin yarpaqarası buğumu yarpaq və qoltuqdakı tumurcuq səviyyəsinə qədər təzə qidalı mühitə yerləşdirilir. Mikro çilklərin çoxaldılması zamanı kök atma lazım olduqda qələmləri DKW Mühitinə köçürürlər (Şəkil 3.21). Çiliklərin qidali mühitdə vegetativ inkişafını ləngitmək üçün (uzunmüddətli saxlamaq məqsədilə) onları aşağı temperatur şəraitində saxlayırlar (+4°C). Cəvizin bir rüşeymindən mikroklonal çoxaltma zaman (Şəkil 3.22). bir ay ərzində 1-3 min ədəd, il ərzində isə on minlərlə klon alınması mümkündür.