Bunlardan başlıcası çox qısa bir müddətdə çoxaltmaq üçün virus və xəstəlik törədiciləri baxımından steril əkin materialının əldə olunmasını, bütün il boyu əkin materialı əldə etməklə onun yekcins olmasının yüksək təminatını, əkin materialının seleksiya baxımından yaxşılaşdırılması imkanlarının geniş olmasını, seleksiya materialının (genplazmanın) uzunmüddətli saxlanılması imkanlarını və s. göstərmək olar. Ötən əsrin 80-ci illərində bir hüceyrədən bütöv bitkinin regenerasiya nəticəsində əldə olunmasından sonra bitkilərin mikroklonal üsulla çoxaldılması geniş tətbiqini tapdı.
Bitkilərin toxuma kulturası metodu ilə mikroklonal çoxaldılması istiqamətində elmi axtarışlar qidalı məhlulun (mühitin) optimal kimyəvi tərkibinin təyin olunması, transplantantların regenerasiyası və morfogenezisi üçün hormon və stimulyatorların axtarışı istiqamətində həyata keçirilmişdir. Toxuma kulturası zamanı istifadə edilən əsas çoxaltma üsulları: 1) protoplast və (ya) kallus regenerasiyası 2) somatik embriogenez 3) çiliklərlə çoxaltma, 4) generativ orqanların kulturası.
Cəvizin toxuma kulturası metodu ilə mikroklonal çoxaldılmasında somatik embriogenez üsulu tətbiq olunur. Həmin üsulun üstün cəhətlərindən biri də cəvizin rüşeyminin uzunmüddətli sükunət dövründən asan və qısa müddətdə çıxarılmasıdır. Rüşeymin somatik kallus hüceyrələrindən bütöv bir bitkinin yetişdirilməsinə qidalı məhlulun tərkibində sitokinin (Sitokinlər - immun sisteminin aktivləşdirilmiş hüceyrələri tərəfindən sintez olunan və kiçik molekullu zülal təbiətli mediatorlardır) və auksinin (bitkilərdə hüceyrə təşəkkülünü sürətləndirən kimyəvi maddə, böyümə hormonu) nisbətinin mütənasib dəyişdirilməsi nəticəsində nail olunur. Sitokinin hüceyrələrin bölünməsini, auksin isə kallus əmələgəlməsini stimullaşdırır. Kallus kulturası əldə olunduqdan sonra həmin kallusu hissələrə bölərək bütöv bitkinin əldə olunması-yetişdirilməsi üçün istifadə etmək olur. Formasız, yəni differensləşməmiş (profilasiya olunmamış), hüceyrə kütləsi olan kallusdan bitkinin regenerasiyası üçün qidalı mühitdə fitohormonların qatılığının dəyişdirilməsi nəticəsində morfogenez induksiyasına nail olunur.
Cəvizin in vitro şəraitində toxuma kulturası metodu ilə mikroklonal çoxaldılması üçün qidalı məhlulun tərkibi 6 qrup komponentləri özündə birləşdirir: 1) makro- (NPK) və 2) mikroelementlər (Zn, Mg, Cu, Mn, Co, Mo, B) 3) dəmir, xelat (şelat- qısqac şəkilli komleks birləşmələr)şəklində [Fe SО4 + EDTT (etilendiamintetrauksus turşusu)] 4) vitaminlər (nikotin turşusu-PP, miyoinositol- B12, B1, B6), 5) Karbon mənbələri (disaxarid və ya mono-saxarid qrupundan olan saxaroza, qlükoza və ya fruktoza) 6) bitki hormonları (auksin – indolil-3 yağ turşusu, sitokinin - 6-benzilaminopurin, fitogel –bakterial mənşəli polisaxarid-SphingomonasPaucimobilis, aqar-aqarı əvəz edir). Qidalı mühitin reaksiyasi pH 5,5 olmaqla 0,1%-li KOH və ya HCl –la kalibrovka edilir.
Cəvizin toxuma kulturası metodu ilə mikroklonal çoxaldılması üçün qeyd olunan komponentləri özündə birləşdirən qidalı məhlul kimi iki baza mühitindən istifadə olunur:
Hər iki mühit - MS Mühiti və DKW Mühiti baza qidalı məhlul kimi istifadə olunur. Onların tərkibində komponentlərin - vitaminlərin və bitki hormonlarının nisbətini və miqdarını dəyişməklə klonlaşdırmanın sürətini və istiqamətini tənzimləmək mümkündür.