Qapalı kök sistemli əkin materialının yetişdirilmısində əsas 3 istiqamət mövcuddur:
1. Əkin materialının polietilen kisələrdə yetişdirilməsi. İlk yaranmış metod olmaqla bu günə kimi istifadə olunur. Müxtəlif forma (girdə, paralelepiped) və ölçüdə olan polietilen kisələr substratla doldurularaq ya toxum basdırılır, ya da körpə - 1 illik toxmacarlar əkilərək 1-2 il becərilir (Şəkil 3.14). Əkin aparılarkən sahədə hazırlanmış çalaların yanında bilavasitə əkin qabağı və ya əkin zamanı kəsilib götürülərək əkin aparılır;
2. Əkin materialının briketlərdə və ya plastik konteynerlərdə yetişdirilməsi. Əkin substratı (torf, çürüntü, peyin, qum, torpaq) presləşdirilərək briket şəklinə salınır. Həmin briketlərə toxum basdırılaraq əkin materialı yetişdirilir. Toxmacarlar briketlə birlikdə əkilir (Şəkil 3.15). Uzunmüddət yetişdirmək üçün yaralı deyil, suvarma və daşınma zamanı çox vaxt briketlərin monolitliyi pozulur. Briket əldə etmək üçün xüsusi tərkibli substrat tələb olunur;
3. Əkin materialının kasetlərdə yetişdirilməsi. Kasetlər daha geniş tətbiq olunan və daha etibarlı sayılır. İki növ olur – rulon formada və müstəvi şəkilli.
Müstəvi şəkilli kasetlər arı pətəyini xatırladırlar (Şəkil 3.16). Kasetlər müxtəlif ölçüdə və müxtəlif tutumda olurlar.
Kasetlər müxtəlif ölçüdə və müxtəlif tutumda olurlar. Onların istifadə müddəti çoxdur, təkrar istifadə imkanına malik olmaları, onların substratla doldurulması texnologiyasını və eləcə də becərmə zamanı müəyyən əməliyyatların mexnikləşdirilməsi və avtomatlaşdırılması şəbəkəli kasetlərin geniş tətbiq ounmasını təmin edir.
1. Mövcud kasetlərin hamısının qabarit ölçüləri eninə və uzununa görə eyni olub yalnız hündürlükləri fərqlidir. Belə olduqda 1m2 sahə üçün bütün kasetlərin miqdarı eynilik təşkil etmiş olur. Yəni:
104 sm2: (38,5 sm х 38,5 sm) = 10000:1482,25=6,75kaset