3.6. Qapalı kök sistemlı əkin materialının (QKSƏM) yetişdirilməsi
Əkin materialı ənənəvi olaraq açıq sahədə becərilir. Yetişdikdən sonra, yəni müəyyən ölçüyə çatdıqda qazılaraq daimi sahəyə köçürülür. Bunun da bir sıra çatışmayan cəhətləri vardır:
Qeyd olunan çatışmazlıqlar qapalı kök sistemli əkin materialına xas deyil (Şəkil 3.12 və 3.13).
Qapalı kök sistemi əkin materialı(QKSƏM) dedikdə əkin materialı elə şəraitdə becərilir ki, onu qazmağa və becərildiyi substratdan ayırmağa ehtiyac olmur - yetişdirilmiş əkin materialı istəniləm zaman əkin sahəsinə substratla birgə köçürülür, əkilir. Belə olduqda 100% bitiş alınmasına nail olunur, əkin materialına (eləcə də toxun materialına) qənaət edilmiş olunur və əkilmiş bitkilər heç bir stress keçirmədən tez boy atır və inkişaf edirlər.
QKSƏM yetişdirilməsi texnologiyası 60 ildən artıqdır ki, xarici ölkələrdə istifadə edilir.