Çəp qabıqaltı calağı. Calaqaltının diametri çiliyə nisbətən daha iri olduqda aparılır. Calaqaltı mişarla kəsilərək kəsim yeri bıçaqla hamarlaşdırılır, kəsimin diametrindən asılı olaraq bu qayada ilə hazırlanmış kötükcüyə 2-5 qələm yerləşdirilir (Şəkil 3.10). Qələm üzərində 2-3 tu-murcuq olmaqla sadə kopulirobka calağındakı kimi çəpinə kəsilir. Kötükcüyün kəsimində qələmlərin yerləri müəyyənləşdirilir və hər bir qələm üçün yer açılır. Bunun üçün nəzərdə tutulmuş yerdə calaqaltının qabığı iki paralel üstdən aşağı qələmin çəpinə kəsiminin eni və uzunu müqabilində kəsilir. Kəsilmiş qabıq calaq bıçağının ucu ilə oduncaqdan aralanır və ½ hissəsi kəsilib atılır (Şəkil 3.11). Bu qaydada hazırlanmış yerə qələm yerləşdirilərək sarğı aparılır və üstü məlhəmlə örtülür.