Qalxancıq aynacıqda kip oturdularaq (altda hava qalmamalıdır) polietilen pərdə ilə aşağıdan yuxarı istiqamətində sarğı aparılır. Sarğı daram olub calaq yerinə hava və rütubət buraxmamalıdır (Şəkil 3.3).
Açılmış aynacığın və köçürülən qalxancığın eyni ölçüdə olmasını təmin etmək üçün calaqaltı və calaq materialı (zoğ) eyni ölçüdə - yoğunluqda götürülür (əvvəlcədən çeşidlənir). Açılan aynacıq və qalxancığın hündürlüyünü tiyələrin ara məsafəsi təyin edir, hər ikisinin eni isə çeşidlənmiş gövdə və zoğun çevrəsinin ½ -2/3 hissəsi qədər götürülür. Calaqüstü materialdan qalxancığı qopararkən gözün altında yerləşən lifli-borulu ötürücü toxuma zədələnərək gözün altında boşluq yaranır ki, bu da calağın bitməsinə (tutmasına) mənfi təsir göstərir. Qalxancığı qoparmazdan əvvəl calaq bıçağının tiyəsinin ucu ilə tumurcuğun altında yerləşən ötürücü lifli-borulu toxumanın kəsilməsi vacibdir.
1. Açılımış aynacığa yerləçdirilmiş qalxancıq
2. Bitiş vermiş göz
Qabığın asan qopmasını təmin etmək üçün 3-4 gün əvvəl calaqaltı və calaq materialı (calaqüstü) tədarük olunan ağac (ana plantasiyası) suvarılır. Calaq işləri səhər çağı saat 10-11-ə kimi aparılır.
Calaq başa çatdıqdan sonra calaq yerindən aşağıdakı yarpaq və tumurcuqlar kəsilir, yuxarıda isə 3-4 yarpaq saxlanılaraq calaqaltının baş hissəsi vurulub atılır. Calaq işi başa çatmış sahə suvarılır. Calaqlara qulluq torpağı yumşaq və nəm, alaq otlarından təmiz saxlayaraq bitkilərin gövdələrində əmələ gələn bic (cır) zoğların məhv edilməsindən ibarət-dir.
Üç həftədən sonra calaqlar təftiş edilir. Bitiş vermiş calaq vurulan gözün yarpaq saplağı qalığına barmaqla toxunduqda asan qoparaq düşməsi ilə təyin edilir. Tutmamış calaqda isə yarpaq saplağı qalığı quruyaraq qalxancığa bitişik qalır. Bitişmiş calaqlarda ehtiyac duyul-duqda sarğıları boşaldılır (zəiflədilir).
Göz calağı iki müddətdə - iyun-iyul və avqust-sentyabr aylarında aparılır. Birinci aparılan calaqlarda tutmuş tumurcuqlar həmin il boy atır və vegetasiya müddətinin sonuna qədər inkişaf mərhələsini başa vurur.