Tinglikdə səpin aparılmış şırımların üzərini oduncaq kəpəyi, torf, qum və digər substratla örtülməsi mulcalama, istifadə olunan substrat isə mulça adlanır. Mulşa qaysağın, alaq otlarının, buxarlanmanın qarşısının alınması ilə bərabər, torpağın səthində cücərtiləri günəş şüalarının yandırıcı təsirindən mühafizə edir. Qızmar günəş şüalarının təsiri nəticəsində torpağın səthi həddindən artıq qızaraq (45-70° C) cücərtilərin kök boğazından zədələnərək kütləvi məhv olmasına səbəb olur (“kök boğazının ütülənməsi” adlanır). “Kök boğazının ütülənməsi” nin fəsadlarının aradan qaldırılması üçün ağ rəngdə mulçadan (opilka, sönmüş əhəng, tabaşir tozu və s.) istifadə olunması tövsiyə olunur.
3.4.2. Cücərtilərə və körpə bitkilərə aqrotexniki qulluq
Vegetasiya dövründə 6-8 (10) dəfə torpağı yumşaltmaq və alaq otlarını məhv etmək lazım gəlir. Aran rayonlarında torpağın nəmliyindən və iqlim şəraitindən asılı olaraq həmin müddətdə 10-12, bəzən isə daha çox suvarmanın aparılması lazım gəlir.
3.5. Vegetativ çoxaldılmış əkin materialının yetişdirilməsi
3.5.1. Ağac və kol bitkilərinin çoxaldılması üsulları və onların bioloji əsasları
Bir orqanizmdən yeni nəslin və ya fərdin alınması prosesinə çoxaltma və ya artırma deyilir. Çoxaltmada başlıca məqsəd yeni nəsildə çoxaldılan bitkiyə xas olan bütün bioloji və ekoloji xüsusiyyətləri və qiymətli təsərrüfat əlamətlərini qoruyub saxlamaqdan ibarətdir.
Bütün bitkilərdə olduğu kimi, qərzəkli meyvə bitkiləri də əsasən iki üsulla çoxaldilir: generativ və vegetativ yolla.
Generativ üsulla çoxaltmaya toxumla çoxaltma, cinsiyyətli çoxaltma və digen çoxaltma da deyilir. Ağac və kol bitkiləri təbii şəraitdə əsasən toxumla çoxalır.
Toxumla çoxalma cinsi çoxalma adlanır.
Meyvə tingliklərində toxumla çoxaltma calaqaltı yetişdirilməsində əsas yer tutur və bunun da bir neçə əsas xüsusiyyətləri vardır:
Vegetativ artırmaya, toxumla çoxaltmadan fərqli olaraq, cinsiyətsiz və ya monogen çoxaltma da deyilir. Bu üsul tətbiq olunarkən başlıca məqsəd və üstün cəhətləri aşağıdakılardır: