Şırımın və ya səpin sətrinin 1 m-nə (poqon metr adlanır) və ya sahə vahidinə (ha) səpiləcək toxumun miqdarı səpin norması adlanır (q/poq.m; kq/ha). Səpin norması toxumun keyfiyyət göstəricisindən, cinsdən və toxumun iriliyindən asılıdır. Keyfiyyət göstəricisi kimi toxumların əsasən cücərmə qabiliyyəti və cücərmə enerjisi (%-lə), irilik göstəricisi kimi isə 1000 ədəd toxumun kütləsi (qr-la) çıxış edir. Toxumun keyfiyyətindən və cinsdən asılı olaraq səpin norması müxtəlifdir (Cədvəl 3.1).