Toxumlar 1:3 nisbətində qum, ölçüsü 0,5 mm olan ələkdən keçirilmiş torfla qarışdırılaraq taxta yeşiklərdə temperaturu 0-5°C olan binada (zirzəmi, soyuducu, anbar, anqar və s.) mütəmadi olaraq nəmləndirilərək (tam su tutumunun 50-60 %) saxlanılır. Saxlama müddəti toxumun cinsindən asılı olaraq 60-120 gün davam edə bilər. Mütəmadi olaraq (hər 10-15 gündən bir) yeşiklər boşaldılaraq toxumla substrat araşdırılır, toxumların keyfiyyətinə nəzarət edilir və yenidən yeşiklərə substratla birlikdə yerləşdirilərək məmləndirilir və proses davam etdirilir.
Toxumlar tam şişərək rüşeym inkişaf edib toxumların yarısında rüşeymin inkişaf nöqtəsi göründükdə (toxumların ½ hissəsi “çırtdıqda”“çərtdikdə”) stratifikasiyaolunmuş toxumların səpinə hazırlanması başa çatmış hesab edilir.
Stratifikasiya prosesi başa çatdıqda toxumlar yeşiklərdən boşaldılır, substratdan ayrılır, lazım gəldikdə suda yuyularaq təmizlənir, dezinfeksiya edilir, qurudulur və səpinə hazır vəziyyətə gətirilir.
Bəzi iri toxumları (cəviz, badam, pekan) səpinə hazırlamaq üçün 8-12 gün parça (tor) kisələrdə axar suda saxlanılması yaxşı nəticə verir. Məsələn, cəvizi 10-12 gün axar suda saxladıqda cəviz şişərək qabıq tayları uc tərəfdən aralanır vərüşeymin ağ rəngdə inkişaf nöqtəsi görünməyə başlayır ki, bu da toxumların səpinə hazır olmasını təsdiqləyir
3.3. Səpin üsulları, növləri və sxemləri
Qərzəkli meyvə bitkilərinin toxumlarının səpini iki üsulla aparılır: dağınıq və sistemli səpin.
Dağınıq səpin. Bu üsul zamanı toxumlar sahəyə dağınıq (sistemsiz) səpilir. Toxum sərfi yüksəkdir, toxumlar səmərəsiz istifadə olunur və müəyyən hissəsi itkiyə gedir. Cücərtilərin və toxmacarların becərilməsi çətinləşir, aqrotexniki qulluq yalnız əl ilə aparılır. Nə becərmədə, nə də əkin materialının qazılmasında (çıxarılmasında)maşın-mexanizmlərin tətbiqi mümkün olmur. Bu səpin üsulu geniş istifadə olunmur, kiçik və müvəqqəti tingliklərdə tətbiq oluna bilər. Dağınıq səpin ləklərdə və ya kiçik sahədə bütöv aparılır.
Sistemli səpin. Bu üsul zamanı toxumlar səpin sətirlərində (xırda toxumlar; məsələn, yabanı və ya kütyarpaq püstə) və ya səpin şırımlarında (iri toxumlar; məsələn, cəviz, şabalıd, badam, pekan) aparılır.
Beləliklə, sistemli səpin enli və ya ensiz sətirlərdə və şırımlarda aparılır. Sistemli səpinlərin üç növü mövcuddur: şırımlarda, ləklərdə və lentlərdə.
Şırımlarda əsasən iri toxumları, böyük və mürəkkəb quruluşa malik (lələkvari) yarpaqları olan cinclərin toxumlarının səpini aparılır (şabalıd, cəviz və qara cəviz və s.). Ara məsafəsi 0,5-0,7 m olan şırımlarda toxumsəpən maşınlarla səpinin aparılması mümkündür (pambıq və kartof səpən maşınlarla). Becərmə və əkin materialının çıxarılması mexanikləşdirilir.
Ləklərdə səpin kiçik sahədə aparılır. Eni 1 m-ə qədər oan ləklər düzəldilərək ləklin uzunluğundan asılı olaraq eninə və ya uzununa açılmış sətirlərdə səpin aparılır. Ləklərdə səpin apardıqda maşın-mexanizm tətbiq etmək mümkün olmur və əl əməyindən istifadə olunur.
Səpin eni 0,9-1,0 m və ləklərarası məsafə 0,4-0,5 m olan ləklərdə aparıla bilər. Toxumlar ləklərdə uzununa açılmış şırımlara səpilir. Belə olduqda becərməni və əkin materialının qazılmasını mexanikləşdirmək mümkündür. Ləklər torpağın ümumi səthinə nisbətən ya hündür (nəmlənmə yüksək olduqda), ya da çökək (suvarma üçün) yaradılır;