3.2. Calaqaltı tumsarların yetişdirilməsi
Bağçılıqda əkin materialı olaraq əsasən calaq (calaqedilmiş) tinglərdən istifadə olunur. Calaq əkin materialı əldə etmək, yetişdirmək üçün ilk növbədə calaqaltı materialın becərilməsi tələb olunur. Calaqaltı material olaraq tumsarlar geniş istifadə tapır. Toxumdan alınmış əkin materialı tumsar (toxmacar) adlanır. Tumsarlar yaşı 1-2 il olan körpə bitkilərdir. Tumsarlar tingliyin calaqlıq (səpin) şöbəsində toxumlarının səpini aparılması nəticəsində əldə olunur.
Calaqaltı tumsar yetişdirmək üçün səpin şöbəsində həyata keçirilir:
3.2.1. Səpinqabağı torpaq hazırlığı
Səpinqabağı torpağın becərilməsi aşağıdakılara xidmət edir:
3.2.2. Toxumların səpinə hazırlanması
Bir qayda olaraq, qərzəkli meyvə bitkilərinin toxumlarını payızda, tədarük etdikdən sonra oktyabr-noyabr aylarında səpininin aparılması yaxşı nəticə verir. Payız səpinlərinin üstün cəhətləri aşağıdakılardır:
Payızda aparılan səpinlərdə toxumlar daimi nəm torpaqda qalmalı, gəmiricilərdən, quşlardan və vəhşi heyvanlardan (yenot, çöl və ya vəhşi donuz və s.) mühafizə olunmalıdır.
Səpin yazda aparıldıqda toxumların səpinə hazırlanması tələb olunur. Toxumların səpinə hazırlanması onların uzunmüddətli “dərin” sükunətlik vəziyyətdən çıxarılmasını nəzərdə tutur. Toxumların ən geniş yayılan və tətbiqini tapan səpinə hazırlanması üsulu stratifikasiyadır.
Stratifikasiya üsulu ilə toxumların səpinə hazırlanması taxta yeşiklərdə aparılır. Stratifikasiya (stratum- lat., lay, təbəqə) toxumların substratla (yuyulmuş dənəvər çay qumu, torf) lay-lay, təbəqə-təbəqə ardıcıl olaraq yerləşdirilərək xüsusi nəmlənmə və temperatur şəraitində (0-5°C) saxlayaraq uzunmüddətli sükunətlik vəziyyətindən çıxarılaraq səpinə hazırlanması üsuludur.