MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumi təlim nəticələri:
Təhsilalan Qərzəkli meyvə bitkilərinin istehsalat texnologiyasının əsas faktorlarını və əlaqəliliklərini, həmçinin regional əhəmiyyətə malik qərzəkli meyvə bitkilərinin xüsusiyyətlərini bilir. O, müxtəlif bitki əkini nümunələrində qərzəkli meyvə bitkilərinin əkini zamanı rast gəlinən bütün işləri, məs. çoxaldılması, əkilməsi, budama və qulluq işləri, bitki mühafizə tədbirləri, gübrələmə, suvarma tədbirlərini yerinə yetirə bilir. Qərzəkli meyvə bitkilərinin yığımı, emalı və saxlanması ilə bağlı işləri düzgün həyata keçirməyi bacarır. O, təbiət, ətraf mühitin qorunması, əməyin və sağlamlığın qorunması aspektlərini nəzərə almaqla istehsal prosesində geniş yayılmış müxtəlif alət, aqreqatlar və maşınlardan düzgün istifadə etməyi bacarır və təbii hadisələrə düşünülmüş şəkildə (planlı) reaksiya göstərə bilir.
Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | Qərzəkli meyvə bitkiləri |
Modulun nömrəsi: | 3.2.2.2.2.2.04 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 65 saat |
İxtisas üzrə praktiki dərslər: | 65 saat |
İstehsalat təcrübəsi: | 160 saat |
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) |
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) |
İstehsalat təcrübəsi |
Dərs saatları (istehsalat təcrübəsi) |
Metodik göstərişlər |
1. QƏRZƏKLİ MEYVƏ BİTKİLƏRİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ VƏ ƏTRAF MÜHİT AMİLLƏRİNƏ TƏLƏBİ Qərzəkli meyvə bitkiləri qrupunun əsas növləri, onların ümumi və səciyyəvi xususiyyətləri, onların təsərrüfat əhəmiyyəti və becərilməsi haqqında məlumatlara malikdir. Qərzəkli meyvə bitkilərinin başlıca bioloji və ekoloji xüsusiyyətləri, sort bazası və Azırbaycanda becəriməsinə dair biliklərə malikdir. |
Azərbaycanda yabanı halda bitən və əkinlərdə yayılan qərzəkli meyvə bitkilərinin çiçəklənməsində və meyvə verməsində müşahidə olunan başlıca bioloji xüsusiyyətləri. Qərzəkli meyvə bitkiləri bağında mayalanmanın təmin olunması. Azərbaycanda qərzəkli meyvə bitkilərinin sort bazası. Qərzəkli meyvə bitkilərinin becərilməsi üçün torpaq, iqlim və oroqrafik (relyef) amillərinin təyin etmək və qiymələndirmək. Qərzəkli meyvə bitkiləri bağında məhsulun formalaşması və əldə olunmasında biotik və abiotik amillərin rolu. | 10 | Qərzəkli meyvə bitki qrupu ilə ümumi tanışlıq. Azərbaycanda təbii yayılan və becərilən qərzəkli meyvə bitkiləri:
cəviz, fındıq, badam, püstə, şabalıd, pekan.
Generativ orqanların (çiçəklərin) formalaşması, inkişafı, çiçək qrupu, ağac daxilində erkək və dişi çiçəklərin yetişməsi, çarpaz mayalanmanın baş verməsi və təmin olunması. Qərzəkli meyvə bitkilərinin ata-baba, seleksiya və intdoduksiya olunmuş sortları. Qərzəkli meyvə bitkilərin həyatında torpağın, relyefin, iqlim amillərinin rolu. İqlim amillərinə dair çoxillik orta aylıq və orta illik göstəricilərin toplanması və təhlilin aparılması. |
10 | 10 |