Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Ting dedikdə tinglik təsərrüfatı başa düşülür.
Sual 2. Calaqaltı əkin materialı səpin şöbəsində becərilir.
Sual 3. Calaqaltı böyütmə şöbəsində becərilir.
Sual 4. Tingliyin səpin şöbəsində toxum səpini aparılır.
Sual 5. Tingliyin səpin şöbəsində toxum tədarükü aparılır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Tinglikdə ........................... becərilməsi alaq otları ilə mübarizə, xəstəlik və zərərvericilərin məhv edilməsi, bitki qalıqlarının torpağın dərin qatlarına çevrilməsi və müinbitliyin bərpası kimi məqsədlər güdür.
Sual 7. ........................... çətiri, ştambı və kök sistemi formalaşmış iri ölçülü əkin materialıdır.
Sual 8. Alaq otlarına qarşı tətbiq olunan kimyəvi vasitələr ............................... adlanır.
Sual 9. Alaq otlarına qarşı tətbiq olunan aqrotexniki, fiziki və kimyəvi tədbir ......................... metod adlanır.
Sual 10. Əkin materialının yetişdirilməsində ................ tətbiqi vacib şərtlərdən biridir.