Bitkiçilikdə pestisidlərdən istifadə normativ-hüquqi sənədlərin tələblərinə müvafiq qaydada həyata keçirilməlidir. (1.Pestisidlər və aqrokimyəvi maddələr haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 6 may 1997-ci il. № 294-İQ. 2. Kənd təsərrüfatında zəhərli kimyəvi preparatların saxlanmasının, daşınmasının, tətbiqinin və satışının sanitariya qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 oktyabr tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmişdir. 3. “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı müvafiq normativ-hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 20 oktyabr 1997-ci il, № 120).
Zəhərli kimyəvi preparatların tətbiqi zamanı onların dövlət standartlarına, sanitariya-gigiyena, ekoloji qaydalara, texnoloji normalara və digər normativ sənədlərin tələblərinə riayət olunmalıdır.
Mülkiyyət formasından asılı olmayaraq pestisidlərlə və aqrokimyəvi maddələrlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun zəhərli kimyəvi maddələrin saxlanmasında, daşınmasında, tətbiqində (Şəkil 2.9) və satışında texniki təhlükəsizliyə və əməyin mühafizəsinə cavabdehlik daşıyırlar.