Torpağın becərilməsi ümumi qaydada və xüsusi məqsədlər üçün aparıla bilər. Ümumi qayda ilə torpağın becərilməsinə şumlama, üzləmə, malalama, kultivasiya, tapanlama və s. daxil olmaqla burada becərməyə aid əsas vəzifələr həyata keçirilir.
Torpağın xüsusi becərmə qaydasına isə xüsusi məsələləri həll etmək üçün aparılan becərmələr: ikilaylı və üçlaylı şum, ön kotancıqlı kotanla plantaj şumu, diskli kotanla şumlama, torpaqdərinləşdirici ilə birlikdə plantaj şumu və s. daxildir.
Torpağın becərilmə üsulları istifadə olunan alətlərdən becərmənin aparılma dərinliyindən, vaxtının vəsayının dəyişdirilməsindən asılı olaraq fərqləndirilir.
2.8. Əkin materialının yetişdirilməsində gübrələrin tətbiqi
2.8.1. Gübrələrin tətbiqinin aqrokimyəvi əsasları
Mineral qidalanma – ağac bitkilərinin başlıca fizioloji funksiyalarından biridir. Mineral qida maddələri bitkilərdə bir çox, müxtəlif funksiyalara xidmət edirlər. Bitkilərin bütün toxumalarının tərkibində iştirak edirlər, reaksiyalarda katalizator kimi çıxış edirlər, osmotik prosesləri tənzimləyirlər.
Bitkilərdə hər bir element özünəməxsus funksiyaları yerinə yetirir, bir qayda olaraq digəri ilə əvəz oluna bilməz.
Bitkilər tərəfindən torpaqdan istifadə olunan qida maddələri şərti olaraq iki sinifə bölünür:
Gübrələr əsas üç qrup təşkil edirlər:
Mikro və bakterial gübrələr(azotobakterin və fosforobakterin)tərkibində azot və fosfor bakteriyalarının sporları olub həmin bakteriyalar bitkilər üçün torpaqda mənimsənilə bilməyən formada olan üzvi azot və fosfor birləşmələrini mənimsənilən formaya çevirirlər.
Mikoriza (yunan. mýkes - göbələk və rhiza - kök, göbələkkök). Göbələk və kökün simbiozu olub bitkilərin mineral qidalanmasında mühüm rol oynayır. Mikoriza istisna deyil, artıq qaydadır. 400 mln. ildir ki müşahidə olunur. Mikoriza hadisəsi ilk dəfə olaraq 1879-1881-ci illərdə F.M.Kamenski tərəfindən şərh olunmuş, “mikoriza” termini isə 1885-ci ildə A.B.Frank tərəfindən təklif olmuşdur.
Göbələk bitkiləri su və mineral maddələrlə təmin edir, əvəzində isə bitkidənüzvi birləşmələr alır. Mikoriza iki növ olur –endomikoriza (daxili) və ektomikoriza (xarici). Əksər, demək olar ki bütün meşə ağac bitkiləri üçün ektomikoriza xarakterik olub göbələyin hifləri ağacların köklərini qalın “çexolla” (örtüklə)- hif mantiyası ilə örtür. Göbələyin ifraz etdiyi hormonların təsirindən kök güclü budaqlanır və ucları yumrularla qurtarır.