Plantasiya sahəsinin təşkili. Torpağın əkin üçün hazırlanması. Seçilmiş ərazidə turşuluğun neytrallaşdırılması məqsədilə sahəyə sönmüş əhəng, tabaşir, əhəngdaşı və dolomit unu, kül və yumurta qabığı verilir. Qələviliyi normalaşdırmaq üçün isə gips və yaxud kalium sulfat verilir. Moruq bitkisi qida maddələri ilə zəngin torpaqları daha çox sevir. Torpaq əkin üçün əsaslı hazırlanan zaman onun yumşaldılması məqsədilə düzənlik torfu əkin vaxtı verilir. Ümumiyyətlə əkin vaxtı və sonrakı mərhələdə bitkiərə qulluq zamanı yalnız düzənlik torfundan istifadə edilir. Yüksəklik torfu isə moruq üçün seçilmiş əraziyə bitkilərin əkilməsindən 4...6 ay əvvəl verilməlidir. Torfdan əlavə sahəyə doğranmış çoxillik otlar, ağac qabığı və ağac yonqarı verilir.
Torpağın strukturunu yaxşılaşdırmaq və qida maddələri ilə zənginləşdirmək məqsədilə bütün torpaq tiplərində, xüsusilə də qumsal və gillicəli torpaqlarda saprofeldən istifadə edilir. Saprofel dedikdə bataqlıqların və göllərin dibində heyvan və bitki çürüntülərindən əmələ gələn lilli çöküntü nəzərdə tutulur (Şəkil 4.15).
Saprofelin tərkibinə və mənşəyin görə bir neçə tipi mövcuddur. Nadir üzvi-mineral gübrə olan saprofel tərkbindəki qida maddələrinə və turşuluğuna görə aşağıdakı tipləri var:
Torpaq münbitləşdirilərkən çürüntü ilə müqayisədə saprofel 3 dəfə artıq götürülür.
Torpağın yaxşılaşdırılması prosesi üçün yüksək maya dəyəri və uzun vaxt tələb olunan şəraitdə hazır torpaq qarışıqlarından da istifadə oluna bilər. Moruq üçün aşağıdakı torpaq qarışıqlarından istifadə olunması tövsiyə edilir (Cədvəl 4.2).
Qarışığın adı | Tərkibi | İstifadə olunma istiqaməti |
«Bağ trommeli» | Düzənlik torfu – 40% Çaylaq torpağı – 40% İri dənəli qum – 20% Mineral və üzvi gübrələr |
Moruq plantasiyası salınan dövrdə istifadə olunur. |
«Qaratorpaq-mulça. RF» | Qaratorpaq – 100% | Qeyri-münbit qumsal torpaqların münbitliyini artırmaq üçün əlverişlidir. |
«Qara qrunt» | Əhəngdaşı unu, üzvi və mineral gübrələrlə zəngin universal torf qarışığı |
Qumsal və gillicəli turş
torpaqlarda yaxşılaşdırıcı vasitə kim istifadə olunur. |
Cədvəl 4.2. Müxtəlif qarışıqlar
Son illərdə torpağın strukturunun və münbitliyinin yaxşılaşdırılması məqsədilə soxulcanlardan istifadə edilir.