Mulça tətbiq olunan ərazilərdə torpaqda azotun miqdarı 18 q/kq artır.
Mulça kimi ruberoyd (xüsusi maddələr hopdurulmuş kartondan hazırlanan izolyasiya və ya örtü materialı), tünd plyonkadan, işığı parçalayan müxtəlif şəffaf plyonkadan və s. istifadə olunur. Bunun üçün sahə 120 sm enində ləklərə bölünür. Onların arasında 35 sm enində cığır saxlanılır. Sonra torpaq möhkəm suvarılır. Suvarmadan sonra suyun torpağa tam hopması üçün bir qədər gözləyirlər. Bundan sonra mulça torpağın üzərinə sərilir və qalxmasın deyə kənarları boyu torpaq tökülür (Şəkil 4.7).
Sonra mulçanın üzərində bitkilərin əkilməsi üçün 10 sm diametrində deşiklər açılır. Deşiklər arasında məsafə bitkilərə veriləcək qida sahələrinə uyğun şəkildə nizamlanır.