Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Qırmızı qarağatın çiliklərinin əkin vaxtı 1...15 sentyabr, qara qarağatın çiliklərinin əkin vaxtı isə 25 sentyabra qədərdir.
Sual 2. Firəng üzümü təsərrüfat şəraitində əkin materialı əldə etmək üçün əsasən toxumla çoxaldılır.
Sual 3. Firəng üzümü təsərrüfat şəraitində əsasən basma ilə çoxaldılır.
Sual 4. Qarağat bitkisinin anaclıq plantasiyanın tam gücü ilə fəaliyyəti üçün 8...10 il tələb olunur.
Sual 5. Əhəngli torpaqlar kivi üçün yolverilməzdir.
Düzgün |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. ........................................................ bitkiləri moruq və böyürtkən bitkiləri ilə ümumi xəstəlik və zərərvericilərə malik olduqlarından onların sələf bitki kimi istifadə edilməsi məsləhət görülmür.
Sual 7. Bu zaman şitillər təbii şəraitdə təxminən ............. müddətində ...................... temperatur şəraitində qaldıqdan sonra çıxarılır.
Sual 8. Qara qarağat anaclığı təxminən ..............., qırmızı qarağat anaclığı isə ................. fəaliyyət göstərir.
Sual 9. Payızda bitkilər uzunluğu .................... olan .................. zoğdan ibarət yerüstü hissəyə və yaxşı inkişaf etmiş (18 sm-dən uzun) kök sisteminə malik olur.
Sual 10. Kivi bitkisində dayaq vasitələrinə sarılmaq üçün ............................., yaxud ............................. olmadığından əkinin ilk günündən o dayağa bağlanmalıdır.