il istifadə | il istifadə | il istifadə | məqsədilə birillik ot | bitkilər | herik | salınmış anaclıq | il istifadə | |
2022 | anaclıq III il istifadə | anaclıq IV il istifadə | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər | qara herik | yeni salınmış anaclıq | anaclıq I il istifadə | anaclıq II il istifadə |
2023 | anaclıq IV il istifadə | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər | qara herik | yeni salınmış anaclıq | anaclıq I il istifadə | anaclıq II il istifadə | anaclıq III il istifadə |
2024 | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər | qara herik | yeni salınmış anaclıq | anaclıq I il istifadə | anaclıq II il istifadə | anaclıq III il istifadə | anaclıq IV il istifadə |
Cədvəl 3.3. Qara qarağat bitkisinin anaclıq plantasiyasında növbəli əkin dövriyyəsi
3.4. Kivi
Digər giləmeyvə bitkilərində olduğu kimi kivi bitkisinin də anaclığı sağlam əkin materialından salınır.
Kivi bitkisi üçün münbit torpaqlar daha əlverişlidir. Torpaq mühiti zəif turş və yaxud neytral olmaldır. Əhəngli torpaqlar kivi üçün yolverilməzdir. Anaclıq üçün seçilmiş ərazi ümumi qaydalar əsasında əkin üçün hazırlanır. Əkinə hazırlıq zamanı torpağa peyin və kompost verilməlidir. Əkin üçün 50 sm dərinliyində çalalar qazılır. Çalanın dibinə çınqıl və yaxud xır tökülür. Əkindən sonra bitkilərə ammonium şorası, ağac külü və superfosfat verilir.
Vegetasiya dövründə sahə alaq otlarından təmiz saxlanmaqla bitkilərə yüksək aqrotexnoloji qulluq edilir. Bitkilər müntəzəm olaraq suvarılmalıdır. Yaxşı olar ki, həftədə iki dəfə bitkilər süni yağışyağdırma üsulu ilə suvarılsın. Torpaq yumşaq saxlanılmaldır. Bitkilərə ayda iki dəfə azot və kalium gübrəsi verilməlidir. Gübrələrin dənəvər halda kök yerləşən hissədə torpağın üzərinə səpilməsı daha məqsədəuyğundur.
Kivi bitkisində dayaq vasitələrinə sarılmaq üçün bığcıq, yaxud hava kökləri olmadığından əkinin ilk günündən o dayağa bağlanmalıdır.
Bildiyimiz kimi kivi əsasən yaşıl çilik, odunlaşmış çilik və qövsi basma ilə çoxaldılır.
Yaşıl çiliklər ümumi qaydalara əsasən anaclıqdan tədarük olunduqdan sonra istixana şəraitində rütubətli və çürüntülü qumsal qruntda və yaxud dibçəklərdə əkilir (Şəkil 3.25).