Tinglər VPN-2 kotanı ilə çıxarılır. Çıxarılmış tinglər standarta uyğun çeşidlənir. Yaşından asılı olmayaraq I çeşidə daxil olan tinglərdə köklərin uzunluğu 20 sm dən az olmamalıdır. Köklərin sayı minimum 4 ədəd olmalıdır. Yerüstü hissədə birillik tinglərdə 1...2 ədəd, ikiillik tinglərdə isə 2...3 ədəd zoğ olmaldır. Zoğların uzunluğu 40 sm-dən az olmamalıdır. İkinci çeşidə daxil olan tinglərdə köklərin sayı 3 ədəd, uzunluğu 15 sm, zoğların uzunluğu isə minimum 30 sm olmalıdır. Çeşidlənmiş tinglər 25 ədəd olmaqla dəstə bağlanır, üzərində pomoloji adı və çeşidi vurularaq etiketlənir (Şəkil 3.24).
Tinglər birbaşa əkin yerinə və yaxud müvəqqəti saxlama üçün realiza edilir.
Əgər tinglərin payızda əkilməsi mümkün deyilsə onda 30 sm dərinliyində, 20 sm enində xəndəklər qazılır və tinglər xəndəklərə yerləşdirilərək yerüstü hissəsinin yarısına qədər torpaqla örtülür.
Əkin materialı əldə etmək məqsədilə təsərrüfat şəraitində firəng üzümü əsasən basma ilə çoxaldılır. Bu zaman şaquli basmadan daha geniş istifadə olunur. Şaquli basma zamanı bir koldan 60 ədəd qədər köklü bitki əldə etmək mümkündür.
Kök atmış hissələr payızda və yaxud növbəti ilin erkən yazında ana bitkidən ayrılır. Anaclıqda torpaq alaq otlarından təmiz olmaqla daim yumşaldılmalıdır. Quraq keçən illərdə 200...300 m3/ha norma ilə 2-3 dəfə suvarma tətbiq olunur. Suvarma bitkilərdən 12...15 sm məsafədə şırımlarla aparılır. Suvarmadan sonra şırımlar torpaqla doldurulur. Bitkilərin böyüməsini və standart əkin materialının əldə olunmasını təmin etmək məqsədilə iyun ayında 8...10 q/m2 hesabı ilə ammonium nitratla yemləmə aparılır. Yemləmə suvarma ilə birgə tətbiq olunur. Payızda bitkilər uzunluğu 50 sm-ə qədər olan 2...4 ədəd zoğdan ibarət yerüstü hissəyə və yaxşı inkişaf etmiş (18 sm-dən uzun) kök sisteminə malik olur. Əgər bitkilər bu ölçülərə çatmayıbsa daha bir il tinglikdə becərilərək növbəti ilin payızında çıxarılır. Bəzi hallarda kolların bölünməsi ilə artırmadan da istifadə edilir.
Anaclıqda növbəli əkin dövriyyəsinin tərtibi. Anaclıq plantasiyada əsasən səkkiz tarlalı əkin dövriyyəsindən istfadə olunur. Cədvəl 3.3 nümunə olaraq qara qarağat anaclığı üçün növbəli əkin dövriyyəsi verilmişdir.
İllər | Tarlalar | |||||||
I | II | III | IV | V | VI | VII | VIII | |
2018 | qara herik |
yeni salınmış anaclıq | anaclıq I il istifadə | anaclıq II il istifadə | anaclıq III il istifadə | anaclıq IV il istifadə | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər |
2019 | yeni salınmış anaclıq |
anaclıq I il istifadə | anaclıq II il istifadə | anaclıq III il istifadə | anaclıq IV il istifadə | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər | qara herik |
2020 | anaclıq I il istifadə | anaclıq II il istifadə | anaclıq III il istifadə | anaclıq IV il istifadə | yaşıl yem məqsədilə birillik ot | dənli bitkilər |
qara herik |
yeni salınmış anaclıq |
2021 | anaclıq II | anaclıq III | anaclıq IV | yaşıl yem | dənli | qara | yeni | anaclıq I |