İllər | Tarlalar | ||||
I | II | III | IV | V | |
2018 | qara herik və ya sideral herik |
yeni salınmış anaclıq plantasiya |
anaclıq I il istifadə |
anaclıq II il istifadə |
birillik otlar, yazlıq dənli bitkilər |
2019 | yeni salınmış anaclıq plantasiya |
anaclıq I il istifadə | anaclıq II il istifadə |
birillik otlar, yazlıq dənli bitkilər |
qışlıq dənli bitkilər |
2020 | anaclıq I il istifadə |
anaclıq II il istifadə | birillik otlar, yazlıq dənli bitkilər |
qışlıq dənli bitkilər |
qara herik və ya sideral herik |
2021 | anaclıq II il istifadə |
birillik otlar, yazlıq dənli bitkilər |
qışlıq dənli bitkilər |
qara herik və ya sideral herik |
yeni salınmış anaclıq plantasiya |
2022 | birillik otlar, yazlıq dənli bitkilər |
qışlıq dənli bitkilər | qara herik və ya sideral herik |
yeni salınmış anaclıq plantasiya |
anaclıq I il istifadə |
Cədvəl 3.2. Moruq bitkisinin anaclıq plantasiyasında növbəli əkin dövriyyəsi
Moruq və böyürtkən tinglərinin çıxarılması, çeşidlənməsi və saxlanması. Moruq və böyürtkən bitkisinin tingləri soluxmuş olmamalıdır (gövdənin oduncağı yaşıl rəngli olmalıdır). Köklərin miqdarı minimum 3 ədəd, uzunluğu 10...15 sm olmalıdır. Gövdənin diametri 0,6...1,0 sm təşkil etməlidir (Şəkil 3.17).
Virus mənşəli xəstəliklərdən və zərərvericilərdən tam azad olmalıdır. Tinglər çıxarılan kimi su ilə çilənməli və tünd rəngli paketlərə qablaşdırılmalıdır. Paketin içərisinə nəm ağac ovxantısı tökülməlidir. Moruq tingləri həmçinin əkinə qədər kökləri torpağa basdırılaraq müvəqqəti saxlana bilər (Şəkil 3.18).
Əgər tinglər uzaq məsafəyə realizə olunacaqsa onda onların kökləri bir neçə saat humin turşusunda saxlanılmalıdır. Kökləri torpaqla tam örtülmüş moruq tingləri əmtəəlik plantasiyalarda 100 % bitir.
Anaclıqda tinglər çıxarıldıqdan sonra torpaqda kifayət qədər köklər qalır. Həmin köklərdən növbəti ildə külli miqdarda kök pöhrələri əldə etmək olur. Ona görə də həmin köklər çıxarılaraq torpaqda yenidən cərgə ilə açıq sahədə, yaxud da dibçəklərdə əkilir (Şəkil 3.19). Beləliklə əlavə olaraq əkin materialı əldə olunur.