Anaclıq plantasiyada xəstəlik və zərərvericilərlə müntəzəm olaraq mübarizə tədbirləri aparımalıdır (Şəkil 3.7).
Bığcıq üzərində ana bitkiyə yaxında yerləşən buğum qida maddələri ilə daha yaxşı təmin olunduğundan ondan əmələ gəlmiş şitil gümrah və yüksək keyfiyyətli olur. Odur ki, çiyələklik yaratmaq üçün birinci növbədə belə zəngin əkin materialından istifadə edilir. Ana bitkidən uzaqda yerləşən şitilləri isə ayrıca sahədə əkilib normal vəziyyətə gətirildikdən sonra çiyələklik sahəsi yaratmaq üçün istifadə olunur (Şəkil 3.8).
Çiyələk anaclığında növbəli əkin dövriyyəsinin tərtibi. Çiyələk bitkisinin əkin materialı istehsal olunan ərazidə növbəli əkin dövriyyəsi yerli torpaq-iqlim şəraitinə uyğun aparılmalıdır. Adətən 5...7 tarlalı növbəli əkin dövriyyəsi tətbiq edilir. Nümunə olaraq ikiilik istismar müddətinə malik 5 tarlalı növbəli əkin dövriyyəsi Cədvəl 3.1-də verilir.
İllər | Tarlalar | ||||
I | II | III | IV | V | |
2018 | dənli-taxıl bitkiləri | yazlıq dənli bitkilər |
sideral yaxud qara herik + erkən payız əkini |
anaclıq I il istifadə |
anaclıq II il istifadə |
2019 | yazlıq dənli bitkilər |
sideral yaxud qara herik + erkən payız əkini |
anaclıq I il istifadə |
anaclıq II il istifadə |
dənli-taxıl bitkiləri |
2020 | sideral yaxud qara herik + erkən payız əkini |
anaclıq I il istifadə | anaclıq II il istifadə |
dənli-taxıl bitkiləri |
yazlıq dənli bitkilər |
2021 | anaclıq I il istifadə | anaclıq II il istifadə | dənli-taxıl bitkiləri |
yazlıq dənli bitkilər |
sideral yaxud qara herik + erkən payız əkini |
Cədvəl 3.1. Çiyələk tingliyində növbəli əkin dövriyyəsi
Çiyələk şitillərinin çıxarılması, çeşidlənməsi və saxlanması. Əkin materialı ildə iki dəfə tədarük edilir (Şəkil 3.9).