Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Moruq və böyürtkən kök pöhrələri ilə artırılır.
Sual 2. Çiyələk bitkisi bığcıqlarla artırılır.
Sual 3. Kivi bitkisi basma ilə artırılır.
Sual 4. Qarağat bitkisinin sortlarını toxumla artırmaqla əldə etmək mümkündür.
Sual 5. Kivi bitkisi kök pöhrəsi verir.
Düzgün |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Giləmeyvə bitkiləri içərisində yalnız çiyələyin iri və xırda meyvəli bığcıqsız olan remontant tipli sortları (Regina, Baron Solemaxer, Əli-Baba, Aleksandriya, Renessans və s.) toxumla çoxaldılır.
Sual 7. Giləmeyvə bitkilərindən qarağat, firəng üzümü və kivi bitkiləri çiliklə artırıla bilər.
Sual 8. Yazda tumurcuqlar açılmazdan əvvəl hər belə anaclıq bitkinin ətrafında cərgələrin uzununa 6-8 sm enində, 6-8 sm dərinliyində, hər zoğun uzunluğuna münasib şırımlar açılır.
Sual 9. İlanvari basma qövsi basmanın bir formasıdır.
Sual 10. Şırıma uzadılmış hər zoğdan orta hesabla 5-8 ədəd, bir ana bitkidə olan bütün zoğlardan isə 40-50 ədəd köklü bitki əldə olunur.