Praktiki tapşırıqlar və fəaliyyətlər
Tapşırıq 1. Çiyələk bitkisinin toxumla artırılması prosesini ardıcıl olaraq təsvirini dəftərinizdə qeyd edin.
Tapşırıq 2. Toxumların səpilməsi üçün substratı praktiki olaraq özünüz hazırlayın və dibçəklərə doldurun.
Tapşırıq 3. Çiyələk toxumlarının səpilməsi və alınan toxmacarların pikirovkası prosesində iştirak edin.
Tapşırıq 4. Dibçəklərdə bitkilərə qulluq işlərində iştirak edin.
Tapşırıq 5. Bığcıqla çoxaltmanın sxematik şəkilini çəkin, təsvirini dəftərdə qeyd edin və praktiki olaraq icra edin.
Tapşırıq 6. Çiliklə çoxaldılma üsullarının sxematik şəkilini çəkin, təsvirini dəftərdə qeyd edin.
Tapşırıq 7. Çiliklə çoxaltma üsulunda çiliklərin kəsilməsi və əkin üçün hazırlanması proseslərini praktiki icra edin.
Tapşırıq 8. Çiliklərin əkilməsi üçün substratı praktiki olaraq özünüz hazırlayın.
Tapşırıq 9. Kök əmələgətirmə prosesini sürətləndirən stimulyatorlarla tanış olun, hazırlanma qaydasını mənimsəyin.
Tapşırıq 10. Basmalarla artırma üsullarının sxematik şəkilini çəkin, dəftərdə təsvirini verin, bu üsulla artırılan nümayəndələri qeyd edin.
Tapşırıq 11. Basmalarla artırma üsullarını praktiki olaraq icra edin.
Tapşırıq 12. Kolların bölünməsi ilə artırma üsulunun sxematik şəkilini çəkin, dəftərdə təsvirini verin, bu üsulla artırılan nümayəndələri qeyd edin.
Tapşırıq 13. Kolların bölünməsilə artırma üsulunu praktiki olaraq icra edin.
Tapşırıq 14. Kök pöhrələri ilə artırma üsulunun sxematik şəkilini çəkin, dəftərdə təsvirini verin, bu üsulla artırılan nümayəndələri qeyd edin.
Tapşırıq 15. Kök pöhrələri ilə artırma üsulunu praktiki olaraq icra edin.