Zoğların qidalı maddələrlə iki tərəfdən təmin olunmaları onların sürətlə böyümələrinə, rütubətli torpaqla əhatə olunmaları isə qüvvəli kök əmələ gətirmələrinə şərait yaradır. Ardıcıl qulluq nəticəsində hər ana bitkidən 6-8 ədəd köklü bitki yetişdirilir (Şəkil 2.18).
Mənfi cəhəti hər il aparıldıqda yerüstü hissə ilə kök sistemi arasında korrelyasiyon asılılığın pozulması nəticəsində kök sisteminin zəifləməsidir.