Yaşıl çiliklə artırma. Bu üsulla artırma zamanı iyul-avqust aylarında, parnik, istixana olduqda isə fevral-mart aylarında ana bitkilərdən iki buğumlu, təxminən 8-12 sm uzunluğunda çiliklər tədarük edilir. Çiliklərin üzərində iki ədəd ayasının yarısı kəsilmiş yarpaq saxlanılır (Şəkil 2.16).