Toxumların səpilməsi üçün müəyyən qutu və yaxud yeşik götürlür. Onun dibinə drenaj məqsədilə 1...2 sm qalınlığında keramzit tökülür. Onun üzərindən isə 5...10 sm qalınlığında qrunt tökülür.
Qrunt üçün aşağıda göstərilən müxtəlif nisbətdə qarışıqlardan (Şəkil 2.5) istifadə edilə bilər:
I variant: 3 hissə yumşaq torpaq + 3 hissə humus və ya kompost + ½ hissə ağac külü;
II variant: 4 hissə vermikulit + 3 hissə torf + 3 hissə qum;
III variant: 1 hissə kokos lifi + 1 hissə çürüntü və ya biohumus;
IV variant: 3 hissə qum + 5 hissə humus;
V variant: 2 hissə çim torpaq + 1 hissə qum + 1 hissə torf;
VI variant: 3 hissə qum + 1 hissə yumşaq torpaq + 1 hissə humus.