Toxumluq meyvələr yığıldıqdan sonra meyvənin səthi boyu toxumlar nazik lət qarışıq kəsilərək qaba yığılır (Şəkil 2.2).
Sonra toxum qarışıq lət yavaşca əzilir (Şəkil 2.3).
Əzilmiş kütlə suzgəcdən su ilə keçirilərək toxumlar lətdən tamamilə ayrılır (Şəkil 2.4).
Toxumdan əmələ gəlmiş bitkilərin aşağı temperatura davamlılığının artırılması və toxumların daha tez cücərməsi məqsədilə səpinə 3 ay qalmış onlar stratifikasiya edilir. Bu məqsədlə aparılan prosesin ardıcıllığı aşağıdakı kimidir:
Bu şəraitdə stratifikasiya olunmuş toxumlar səpilir.
Toxumların normal cücərməsini təmin etmək məqsədilə müxtəlif biostimulyatorlardan istifadə edilir. Misal olaraq, “Epin”, “Tsirkon” və s. göstərmək olar.
Qeyd edək ki, biostimulyatoru özümüz də hazırlaya bilərik. Bunun üçün əzvay şirəsi, kül və bal götürülür və qarışdırılır. Toxumlar bu məhlulda 6...8 saat müddətində isladılır və səpilir.