Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Məlum olduğu kimi bitkilərin çoxaldılması üsullarının düzgün müəyyənləşdirilməsi təsərrüfat nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir. I öyrənmə elementində qeyd olunduğu kimi giləmeyvə bitkiləri təbii böyümə xaratkerinə müxtəlif qruplara daxil olduğundan onların çoxaldılması üsulları da fərqlidir. Hər giləmeyvə bitkisinin bioloji xüsusiyyətinə uyğun olaraq düzgün çoxaldılma üsulunun müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Çünki düzgün təyin edilmiş çoxaldılma üsulu əsasında təsərrüfatlar üçün sağlam əkin materialı əldə olunur.
Ümumilikdə giləmeyvə bitkiləri də iki üsulla - generativ və vegetativ üsulla çoxaldılır. Bu öyrənmə elementində generativ və vegetativ üsulla əldə edilmiş bitkilərin bioloji və təsərrüfat xüsusiyyətləri haqqında daha geniş biliklər əldə edəcəksiniz. Əldə olunmuş biliklər əsasında giləmeyvə bitkilərinin daha düzgün çoxaldılması üsullarını müəyyənləşdirəcəksiniz.
Generativ üsulla çoxaltmaya cinsiyyətli çoxaltma, toxumla çoxaltma, habelə digen çoxaltma da deyilir. Giləmeyvə bitkilərinin təbii şəraitdə toxumla çoxalması geniş yayılmışdır. Giləmeyvə bitkilərinin əksər cinsləri heteroziqotdur. Heteroziqot orqanizm isə ana bitkinin irsi xüsusiyyətlərini daşımır. Yəni heteroziqot toxumdan əmələ gəlmiş bitkilər, haçalanma, parçalanma qanunu əsasında ana bitkinin dəyərli bioloji xüsusiyyətlərini və qiymətli təsərrüfat nişanələrini əsasən itirirlər.
Vegetativ çoxaltmaya monogen çoxaltma da deyilir. Burada əmələ gəlmiş yeni orqanizm ana bitkinin bütün xüsusiyyətlərini qoruyub saxlayır və özündə daşıyır. Ona görə də giləmeyvə bitkilərinin çoxaldılmasında vegetativ artırma üsullarından geniş istifadə edilir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: