Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Giləmeyvə bitkilərindən ibarət olan tam sıranı göstərin:
A) Firəng üzümü, narıngi, moruq, böyürtkən, feyxoa, qarağat;
B) Çiyələk, qarağat, firəng üzümü, moruq, böyürtkən, aktinidiya;
C) Moruq, böyürtkən, aktinidiya, firəng üzümü, limon, qarağat;
D) Böyürtkən, iydə, çaytikanı, firəng üzümü, moruq, qarağat;
E) Gilas, albalı, üzüm, nar, feyxoa.
Sual 12. Yarımkol giləmeyvə bitkilərini göstərin:
A) Kivi, çiyələk;
B) Firəng üzümü, qarağat;
C) Üzüm, törə alma;
D) Moruq, böyürtkən;
E) Böyürtkən, kivi.
Sual 13. Yarımkol meyvə bitkilərinə xas olan xüsusiyyətləri göstərin:
A) Yerüstü hissə birillikdir, gövdənin uc hissəsi ot tiplidir;
B) Yerüstü hissə çoxilliklər, gövdə tam odunlaşmır;
C) Gövdə tam odunlaşmır, gövdənin uc hissəsi ot tiplidir;
D) Yerüstü hissə çoxillikdir, gövdənin uc hissəsi ot tiplidir;
E) Gövdə tam odunlaşır, yerüstü hissə çoxillikdir.
Sual 14. Hansı meyvə bitkisinin çiçək topası dixaziy tipindədir?
A) Kivi;
B) Banan;
C) Çiyələk;
D) Ananas;
E) Manqo.
Sual 15. Sarmaşan (lian) meyvə bitkiləri qrupuna aid olan nümayəndələri göstərin:
A) Moruq;
B) Firəng üzümü;
C) Banan;
D) Kinkan;
E) Aktinidiya (kivi).