Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Giləmeyvə bitkilərində toxum yuvası olmur.
Sual 2. Ottipli giləmeyvə bitkilərində yerüstü hissə odunlaşır.
Sual 3. Yarımkol bitkilərin yerüstü hissəsində bir ədəd gövdə olur.
Sual 4. Moruq bitkisinin meyvəsi hamaş meyvədir.
Sual 5. Qara və qızılı qarağatda çiçək tumurcuqları mürəkkəb tipli olub zoğ, yarpaq və çiçək başlanğıcına malikdir.
Düzgün | Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. ................................. dedikdə bir bitki üzərində eyni vaxtda .................................................. olması nəzərdə tutulur.
Sual 7. Bütün qarağat sortları dörd tip meyvə budaqcığında məhsul verir: .........................................
Sual 8. Firəng üzümünün meyvəsi .......................... giləmeyvədir.
Sual 9. ...................... çatışmazlığı zamanı ilk növbədə yarpaqlar deformasiyaya uğrayır (qırış-qırış və yanmış olur), sonra isə tamamilə məhv olur.
Sual 10. ......................... d.s. 500 m-dək hündürlüyə malik ərazilərdə becərilə bilər.