Respublikamızda giləmeyvə bitkilərinin inkişaf etdirilməsi istiqamətində mövcud problemləri araşdırın, onları birgə müzakirə edərək həlli yollarını müəyyənləşdirin.
Azərbaycanda giləmeyvə bitkilərinin becərildiyi rayonlar haqqında məlumat toplayın, həmin rayonların bu bitkilərin tələbatına cavab verib-vermədiyini təhlil edin.
Yaşadığınız əraziyə yaxın yerlərdə və rayonlarda mövcud olan giləmeyvə plantasiyalarında müşahidələr aparın, həmin bitkilərin bioloji xüsusiyyətləri ilə yerində tanış olun.
Respublikamızda giləmeyvə bitki məhsullarına əhalinin tələbatını və yerli məhsul istehsalını statistik məlumatlar əsasında müəyyənləşdirin.